Sima Bharqava

Sima Bharqava

Aktrisa

BİOQRAFİYA

Sima Bharqava (Seema Bhargav Pahwa) - hindistanlı kino, televiziya və teatr aktrisasıdır. 63-cü Filmfare Awards  mükafatlandırma mərasimində "Bareilly Ki Barfi" (2017) və "Shubh Mangal Saavdhan" (2017) filmlərində canlandırdığı obrazlara görə iki dəfə ən yaxşı ikinci plan aktrisası kateqoriyasında mükafata namizəd olub. “Hum Log” sabun operasında 1984-1985-ci illərdə oynadığı rolla tanınmağa başlayıb. Teatr aktrisası olaraq Sambhav teatr truppasının üzvü olub. Lakin 1994-cü ildə Mumbaya köçərək kino karyerasına qədəm qoyub. Bununla belə ara-sıra televiziya layihələrində və teatr tamaşalarında iştirak edib. 2015-ci ildə “Ankhon Dekhi” filmində oynadığı rola görə ən yaxşı ikinci plan aktrisası nominasiyasında Star Screen Award mükfatı ilə təltif olunub. 2014-cü ildə Bhişam Shaninin satirik eksperiental teatr tamaşasında çıxış edib. Tamaşa vaxtı səhnədə xörək bişirib (həqiqətən) və həmin yemək tamaşaçılara paylanıb. 2017-ci ildə “Ruhlandırıcı sevgi” romantik komediyasına ikinci plan qadın roluna çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Seema_Pahwa 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç