Ayuşmann Khurrana
Aktyor, bəstəkar
Ayuşman Khurrana 14 sentybar 1984-cü ildə astrololoq və hindi müəlliminin ailəsində anadan olub. Pəncab Universitetini məzunudur. Orada ingilis ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. Daha sonra KİV sahəsi üzrə magistr dərəcəsi əldə edib. Ayuşman Khurrananın ilk iş yeri Big FM radio stansiyası olub. Daha sonra yerli MTV telekanalına keçib və bir neçə proqramı aparıb. Paralel olaraq Ayuşman bir neçə kanalda çalışıb. “Just Dance” şou proqramına görə, üç dəfə hindistanın ən yaxşı aparıcısı mükafatını qazanıb. Televiziyada fəaliyyəti dövründə onu ikinci dərəcəli rollara təkliflər gəlsə də, onları rədd edib. Belə bir fikrə gəlib ki, ya baş rola çəkiləcək, ya da ümumiyyətlə kinoya çəkilməyəcək. Bollivudda debütünü 2012-ci ildə gerçəkləşdirib. İlk filmi “Donor Viki” romantik dramıdır. Kiçik büdcəli lent iki düşmən nəsillərdən olan oğlanla qızın sevgi hekayəsini danışır. Film böyük uğur qazanıb, məhəbbətlə yanaşı ölkədə kölgədə qalan sonsuzluq və sperma donorlarının çatışmazlığı problemlərini aşılayır. Ayuşman Khurrana filmin əsas mahnılarından birini ifa edib. Həmin rol ona ən yaxşı debütor aktyor nominasiyasında Filmfare Awards 2013 mükafatını qazandırıb. Öz performansı ilə tənqidçilərin və tamaşaçıların etimadını qazanan aktyora həmin kinolentdən sonra müxtəlif bədii filmlərin çəkiliş meydanlarına çoxsaylı təkliflər gəlməyə başlayıb. Ayuşman Khurrana uşaqlıqdan bəri sevdiyi, hazırda yazıçı və fitnes məşqçi olan Tahirə ilə evlidir. Onların iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/ayushmann_khurrana/