"The Matrix 4"ün Çəkilişlərinə İyulda Davam Ediləcək!

15 May, 2020

Koronavirus epidemiyası səbəbilə prodakşnına ara verilən The Matrix 4’ün Berlində gerçəkləşən çəkilişlərə iyul ayında davam edilməsi planlaşdırılır. Dünyanın dörd bir yanında film və serial istehsalının saxlanılmasına səbəb olan koronavirus epidemiyası təsirini bütün dünyada hiss etdirməyə başladığı günlərdə çəkilişlərinə ara verilən filmlərdən biri də The Matrix 4 oldu. Çəkilişlərinə fevral ayında San-Fransiskoda başlanan yeni Matrix filminin çəkilişlərinə Berlində davam edilməsi planlaşdırılırdı. Bu səbəbdən film komandası mart ayının əvvəlində Berlinə gəlmişdi. Ancaq koronavirus epidemiyası çıxanda Berlindəki çəkilişlər daha başlamadan müddətsiz olaraq ertələndi.

The Matrix 4

Ancaq bir çox Avropa ölkəsində olduğu kimi Almaniyada da epidemiya yavaş-yavaş kontrol altına alınmağa başladığı üçün istehsalın davam edilə bilməsi üçün də ilk addımlar atılmağa başlanıldı. Bu mənada Warner Bros. da The Matrix 4 komandası ilə çəkilişlərə qədər gözləmələri 6 iyula qədər keçərli olan kontratlar imzaladı. Bu da studiyanın iyul ayı başında çəkilişlərə davam etməyi planladığını ortaya çıxardı.

İstehsalata ara verilmədən əvvəl yeni Matrix filminin 21 may 2021-ci ildə premyerası olması planlaşdırılırdı. Çəkilişlərə təxminən dörd ay ara verilməsinin bu tarixə necə təsir edəcəyi hələlik naməlumluğunu qoruyur. Ancaq premyera tarixindən hələ bir il uzaqda olduğumuz üçün premyera tarixinin yaşanan bu gecikmədən təsir almaması mümkün deyil.

Спустя 20 лет на большие экраны снова вышла первая часть Матрицы

Lana Vaçovskinin (Lana Wachowski) yazıb rejissoru The Matrix 4’Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosun (Carrie-Anne Moss) NeoTrinity rolları ilə geri qayıdır. Filmdə Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosa (Carrie-Anne Moss) Watchmen serialı ilə uğur qazanan Yahya Abdul-Mateen II, How I Met Your Mother’ın Barney Stinson’ı olaraq tanınan Nil Patrik Harris (Neil Patrick Harris), seriyanın 2-ci və 3-cü filmində Niobe’ya həyat verən Cada Pinkett Smit (Jada Pinkett Smith), Iron Fist serialı ilə tanınan Jessica Henwick, Mindhunter serialı ilə uğur qazanan Conatan Qroff (Jonathan Groff), QuanticoBaywatch kimi proyektlərlə tanınan Priyanka Çopra (Priyanka Chopra) və daha əvvəl Sense8 serialında Lana Vaçovski (Lana Wachowski) ilə işləyən Toby Onwumere, Max RiemeltEréndira Ibarra iştirak edir.

Lana Vaçovskinin (Lana Wachowski) ssenarisini "Dumanlı Atlas" (Cloud Atlas) kitabının yazarı olan David MitchellAleksander Hemon ilə birlikdə qələmə aldığı yeni Matrix filminin mövzusu sir kimi saxlansada, hekayə haqqında ortaya atılan bəzi iddialar bir çox mənbə tərəfindən dəstəklənir. Bu iddialara görə filmdə gənc bir Morpheus da qarşımıza çıxacaq və xarakterin bu gənc halına Yahya Abdul-Mateen II həyat verəcək. Digər yandan Jessica Henwick’in Neo’yu andıran olduqca önəmli bir xarakterə həyat verəcəyi danışılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər