Göründüyü kimi "G.I. Co: Qisas" (G.I. Joe) seriyası genişlənməyə davam edir. Paramount Pictures və Hasbro, hələlik adsız olan bir dördüncü "G.I. Co: Qisas" (G.I. Joe) filmi proyektində, filmin ssenarisini yazması üçün Joe Shrapnel və Anna Waterhouse'un ssenari komandası ilə görüşlər başlayıb.
Yeni proyekt, Paramount’un yaxın vaxtda çıxacaq “Crazy Rich Asians” ulduzu Henry Golding'in terorla mübarizə qrupunun başçısı olaraq yer alacağı üçüncü film “Snake Eyes: G.I. Joe Origins"dən sonra gələcək. Robert Şventke (Robert Schwentke), 23 oktyabrda premyera tarixi olan filmin rejissor kürsüsündə oturur. Film, yeni seriyanın ikinci filmi "G.I. Co: Qisas"dan (G.I. Joe) 7 il sonra gəlmiş olur.
Hasbro’nun kəskin janrlı fiqurlu oyuncaq seriyasına dayanan film serialı, 2009-cu ildə “G.I. Joe: The Rise of the Cobra” filmiylə başlamışdı. İlk iki "G.I. Co: Qisas"dan (G.I. Joe) filmi dünya miqyasındakı kassa gəlirində 678 milyon dollar gəlir əldə etdi. Təcrübəli kəskin janrlı filmlərin prodüseri Lorenzo di Bonaventura (Lorenzo di Bonaventura), "G.I. Co: Qisas" (G.I. Joe) və “Transformers” seriyalarının yeni filmi Hasbro’nun Allspark Pictures şirkəti ilə çəkəcək.
Gələcək filmin ssenaristləri Joe Shrapnel və Anna Waterhouse, daha əvvəl Kristen Stüartın (Kristen Stewart) yer aldığı Jean Seberg bioqrafiyası “Seberg” və Armand Hammer (Armie Hammer) ilə Lili Ceymsin (Lily James) rol aldığı Netflix filmi Rebecca'yı yazıb. İkili eyni zamanda Brian K. Vaughan’ın komiksi "Eks-Maşın" (Ex Machina) bünövrəli Legendary’nın “The Great Machine” üzərində çalışır.