Robert Şventke
Rejissor, ssenarist
Robert Şventke 1968-ci ildə anadan olub. Xüsusilə "Tatu" və "Uçuş Planı" adlı filmlərilə tanınan, alman kinorejissorudur. Şventke, 1992-ci ildə Los-Ancelesin film məktəbi olan "Columbia College Hollywood"dan (CCH) məzun olub. Daha sonra Almaniyada "Tatu" trilleri və "Eierdiebe" adlı tammetrajlı komediya filminin rejissorluğunu edib. İkinci filmi testis xərçəngi müalicəsi alan bir adam haqqında avtobioqrafik filmdir. Şventkenin özünə də 1995-ci ildə testis xərçəngi diaqnozu qoyulur, ancaq Şventke xərçəngə qalib gəlir. 2009-cu ildə Audrey Niffeneqqerin (2003-cü il tarixli) eyniadlı romanından götürülmüş və baş rollarında Erik Bana və Raçel MakAdamsın oynadığı "Zaman Yolçusunun Arvadı" adlı filmin rejissorluğunu edib. 2008-ci ildə RED filmin, 2010-ci ildə isə Piter M.Lenkov tərəfindən "Dark Horse Entertainment"də nəşr olunan və "Rest in Peace Department" adlı cizgi romandan götürülmüş "R.I.P.D."in rejissorluğunu edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Robert_Schwentke