Kristen Stüart

Kristen Stüart

Aktrisa

BİOQRAFİYA

Kristen Ceyms Stüart 9 aprel 1990-cı ildə Los-Anceles (ABŞ) şəhərində doğulub. Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışır. Kristen Stüart da düşünürdü ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətirmirdi: "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm. Lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm. Mən adımı hər şeyin üstünə yazmağı sevirəm". Stüartın aktrisalıq karyerası səkkiz yaşında başlayıb. O, orta məktəbdə təhsil alarkən məktəb şənliklərində tamaşalar göstərirdi. Stüartın ilk önəmli rolu Hollivud istehsalı olan "Qorxu otağı" filmində boşanmış ananın şəkər xəstəliyindən əziyyət çəkən qızı rolu olur. Bu filmdə o, Cudi Fosterlə birlikdə çəkilib. Bu roluna görə Stüart "Ən yaxşı gənc aktrisa" nominasiyasında mükafat alır. 16 noyabr 2007-ci ildə "Summit Entertainment" Stüartın Stefani Meyerin eyniadlı vampir romanı əsasında çəkiləcək "Alatoran" filmində İsabella "Bella" Svon rolunu oynayacağını elan edir. Filmdə Stüartın vampir sevgilisi olan Edvard Kallen obrazını Robert Pattinson canlandırır. Stüart əsasən Los-Ancelesdə yaşayır. Aktrisa Avstraliyada yaşamaq və çalışmaq istədiyini ifadə edərək deyir: "Mən Avstraliyaya, Sidney Universitetinə getmək istəyirəm. Ora mənim anamın vətənidir".

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kristen_St%C3%BCart

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç