Elliot Lyun

Elliot Lyun

Bəstəkar

BİOQRAFİYA

Elliot Lyun çinli gənc kino, teatr və video oyun bəstəkarıdır. Ən çox “Qırmızı Dəniz əməliyyatı” filminə bəstələdiyi saundtreklərə görə şöhrət qazanıb. İfaçı kimi Çin Milli İfa-İncəsənət Mərkəzində, Pekin İfa İncəsənət Mərkəzi, Honkonq Mədəniyyət mərkəzi və Honkonqun Kraliça Yelizaveta adına stadionunda çıxışlar edib. 2017-ci ildə “H1Music Limited” şirkətini təsis edib. Lyun Honkonqda doğulub və boya-başa çatıb. İlkin musiqi təhsilini Müqəddəs Pavel adın kollecdə alıb, daha sonra Honkonq İfa-İncəsənət Akademiyasında oxuyub. Ardınca musiqi təhsilini Ueton Konservatoriyasında davam etdirib. Kompozisiya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. 2016-cı ildə “SyZyGy Limited” şirkətinin video oyunları üçün saundtreklər bəstələməyə başlayıb. Daha sonra müxtəlif kino layihələrindən təkliflər daxil olub. “Qırmızı Dəniz əməliyyatı” və “Varlı kimi düşün və böyü” filmlərinə bəstəkarlıq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Elliot_Leung

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç