Armi Hammer

Armi Hammer

Aktyor

BİOQRAFİYA

Armand Duqlas Hammer (daha çox Armi Hammer kimi tanınır) 28 avqust 1986-cı ildə Los-Anceles şəhərində (ABŞ) anadan olub. Amerikalı aktyor daha çox Devid Finçerin “Sosial şəbəkə” filmində əkiz qardaşları Kemeron və Tayler rolları ilə, Tarsem Sinqxin “Ağca” filmində şahzadə Endrü Olkotta rolu ilə, Qor Verbinskinin “Tənha Reyncer” filmində Con Rid rolu ilə, “Məni öz adımla çağır” filmində Oliver rolu ilə tanınıb. Atası iri sahibkar Maykl Armand Hammerdir. Ata tərəfdən ulu nənəsi rusiyalı aktrisa və müğənni Olqa Vadina olub (Çar ordu generalı Vadim Rutun doğma qızı olub). Ulu babası isə Xersondan olan yəhudi milyonçu olub. Uşaqlığı Los-Ancelesdə və Kayman adalarında keçib. 2010-cu ildə aktrisa və jurnalist Elizabet Çemberslə ailə qurub. Adsız barmağında bəxt üzüyünün salındığı yerə onun inisiallarından ibarət döymə vurdurub. Cütlüyün 2014-cü il təvəllüdlü qızı və 2017-ci il təvəllüdlü oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BC%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç