Kolin Farrelli "Artemis Fowl"dan Yeni Treyler Yayımlandı!

20 Aprel, 2020

Kolin Farrelli (Colin Farrell) Artemis Fowl’dan yeni tanıtım treyleri yayımlandı. Kennet Brananın (Kenneth Branagh) rejissoru olduğu film, koronavirus epidemiyası səbəbiylə premyerası olmayacaq, 12 iyunda Disney+’da yayımlanacaq. 

Son illərdə böyük büdcəli proyektlərdə kassa gəlirinə görə dominat olan Disney, yay aylarında kassa gəliri baxımından uğur əldə edə biləcək iddialı filmlərinin premyerasını planlaşdırırdı. Ancaq koronavirus epidemiyası, Disney’in bu planı önündə böyük bir əngəl yaratdı. Epidemiya səbəbindən film salonlarının bağlanmasından sonra Disney, strategiya dəyişdirdi.

Artemis Fowl' Skipping Cinemas and Heading to Disney Plus | Screen ...

Mulan, Black Widow, The New Mutants, The Woman in the Window gibi filmlərinin premyera tarixlərini ertələyən Disney, 29 mayda premyerası planlaşdırılan Artemis Fowl filmi üçün qeyri-adi yol seçdi. Buna görə film, premyerası olmadan birbaşa Disney+’da yayımlanacaq.

Eoin Colfer‘in Artemis Fowl xarakterinə hədəflənən fantastik roman seriyasından adatasiya olunan film, 12 yaşındakı cinayət dahisi Artemis Fowl’un atasının itməsində şübhəli ola biləcək pərilərlə olan mübarizəsini. Fowl, atasını geri gətirə bilmək üçün pərilərin yeraltında gizlənən dünyasına səyahət edir və pəri bir polis məmuru olan Holly Short’u qaçırır.



Film və teatr dünyasında aktyor kimliyi ilə tanınan Kennet Brananın (Kenneth Branagh) rejissoru olduğu filmin baş rolunda ilk aktyorluq təcrübəsini yaşayan Ferdia Shaw yer alır. Shaw’la yanaşı aktyor heyətində Lara McDonnell, Tamara Smart, Nonzo Anozie, Coş Gəd (Josh Gad), Honq Çau (Hong Chau) və Cudi Denç (Judi Dench) kimi adlar yer alır. Fowl’un qaçırılan atasına isə peşəkar aktyor Kolin Farrell (Colin Farrell) həyat verir. Ssenarisini Michael Goldenberg, Conor McPhersonAdam Kline‘ın yazdığı Artemis Fowl, 12 iyunda Disney+’da yayımlanacaq.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər