Coş Gəd

Coş Gəd

Aktyor

BİOQRAFİYA

Coş Gəd 23 fevral 1981-ci ildə Hollivudda (Florida ştatı, ABŞ) anadan olub. Yəhudi ailəsindəndir. Atası ABŞ-a Əfqanıstandan köçüb. Uşaqlıqdan aktyor olmaq arzusunda idi. 1999-cu ildə Yeni Cənubi Şərq universitetini bitirib. 2003-cü ildə dram məktəbini bitirib. Karyerasına teatr aktyoru kimi başlayıb. Sonralar komediya janrında çıxış etməyə başlayan aktyor məşhur “Groundlings Improv troupe” truppasına qoşulur, daha sonra isə özü “The Lost Nomads Comedy Troupe” yaradır. 2008-ci ildə “Çılpaq təbilçi” komediyasında Reyn Uilson və Emma Stounla birlikdə rol alıb. Aktyor həmçinin “Sevgi və digər dərmanlar”, “Paylaşdığınız üçün çox sağ olun”, “Cobs: Cazibə İmperiyası” və “Şərq ekspresində qətl” filmlərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Josh_Gad

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç