Honq Çau
Aktrisa
Honq Çau 1979-cu ildə Tailandda doğulub. 1997-ci ildə Luizianna riyaziyyat, təbiət elmləri və incəsənət məktəbini bitirib. Daha sonra təhsilini Boston Universitetində davam etdirib. 2006-cı ildə mavi ekranlarda debütünü həyata keçirib; “Amerikamın axtarışında” adlı seriala çəkilib. Honq Çau “C.S.I.: Cinayət Yeri”, “Dəniz polisi: Xüsusi şöbə”, “Amerikalı ata”, “Sənin ananla necə tanış oldum”, “Mənim Komandam”, “Sara Silverman Şou”, “Muğayat ol, Çarli”, “A-dan Z-yə”, “Böyük balaca yalan” kimi reytinqli seriallarda qonaq rollarda iştirak edib. 2014-cü ildə “Anadangəlmə qüsur” adlı filmə çəkilməklə kinodebütünü gerçəkləşdirib. 2017-ci ildə rejissor Aleksandr Peyn Çaunu “Kiçik Adamlar” komediyasında baş qadın roluna dəvət edib. Filmdə Vyetnamdan qaçmış və ayağını itirmiş siyasi mühacir Nqok Lan Tran obrazını canlandırıb. Həmin rol onun karyerasında yüksəliş dövrünün əsasını qoyub. Aktrisa “Qızıl Qlobus” və ABŞ Kino Aktyorları Gildiyası mükafatına namizəd olub. “Kiçik Adamlar” romantik komediyasında oynadığı rola görə “Qızıl Qlobus” və ABŞ Kino Aktyorları Gildiyası mükafatlarına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BD%D0%B3_%D0%A7%D0%B0%D1%83