Cudi Denç
Aktrisa
Cudi Denç 9 dekabr 1934-cü ildə İngiltərənin York şəhərində Recinal Artur Denç və Eleanora Olavın ailəsində anadan olub. Onun atası York Kral Teatrında həkim kimi xidmət göstərirdi. Məhz buna görə də rəqs etməyi və şəkil çəkməyi sevən Cudidə teatr və aktyorluğa da maraq oyanır. Cudinin böyük qardaşı Ceffri Denç (1928-2014) də aktyor olub. Cudi Denç 1999-cu ildə “Oskar”a, 1998-2001-ci illərdə “Qızıl Qlobus” və dəfələrlə BAFTA mükafatına layiq görülüb. “Xanım Braun”, “Şokolad”, “Qalmaqallı gündəlik”, "Viktoriya və Abdul" filmlərindəki rolları ilə tanınır. 1971-ci ildə Denç Kral Şekspir truppasının aktyoru Maykl Uilyamsa ərə gedir, növbəti il onların Tara Kressida Frençes adlı qızları doğulur (aktrisa Finti Uilyams adı ilə məşhurdur). 1998-ci ildə isə Sem adlı nəvələri dünyaya gəlir. Cudi Denç əri haqqında danışarkən bunları deyib: “Mən toyuma gecikirdim, çünki həmin vaxt köhnə dostumla haqq-hesab çürüdürdüm. O mənə evlənmək təklif edirdi, üzük də almışdı. Mən ona dedim: “Mən dörd dəqiqədən sonra Maykl Uilyamsa ərə gedirəm...”. Əgər mən Maykla ərə getməsəydim, o mənim ən yaxşı dostum olacaqdı”. Cudi Denç Mayklla 30 il xoşbəxt ömür sürür. 11 yanvar 2001-ci ildə xərçəng xəstəliyindən vəfat edir. O vaxtdan Denç duldur. Onun evində yeddi pişik, it, iki qızıl balıq yaşayır. Özünün dediyinə görə, ailə həmişə ondan ötrü həyati vacib amil sayılıb. O, ərinin valideynləri ilə birlikdə yaşayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Judi_Dench