K.Brananın "Artemis Fowl"ndan Yeni Treyler Yayımlandı!

03 Mart, 2020

Kennet Brananın (Kenneth Branagh) rejissoru olduğu Kolin Farrell (Colin Farrell), Cudi Denç (Judi Dench) və Coş Gədin (Josh Gad) aktyor heyətində yer aldığı Artemis Fowl’dan yeni treyler yayımlandı. Film və teatr dünyasında aktyor kimliyi ilə adından təriflə söz etdirən “Oskar” namizədi aktyor Kennet Brana (Kenneth Branagh), rejissor olaraq da yeni proyektlərə imza atmağa davam edir. Son olaraq William Shakespeare’i canlandırdığı All Is True’un rejissoru olan Kennet Brana (Kenneth Branagh), bu ildə Artemis Fowl ilə kinoteatrlara qonaq olacaq.



Eoin Colfer‘in Artemis Fowl xarakterinə hədəflənən fantastik roman seriyasından adaptasiya olunan film, 12 yaşındakı cinayət dahisi Artemis Fowl’un atasının itməsinin səbəbkarı ola biləcək pərilərlə olan müharibəsindən danışır. Fowl, atasını geri gətirə bilmək üçün pərilərin yer altında gizlənən dünyasına səyahət edir və pəri bir polis məmuru olan Holly Short’u qaçırır. Kennet Brananın (Kenneth Branagh) rejissoru olduğu Artemis Fowl filminin 29 mayda premyerası olacaq.


Baş rolda ilk aktyorluq təcrübəsini yaşayan Ferdia Shaw‘un yer aldığı filmdə gənc aktyorla yanaşı Lara McDonnell, Tamara Smart, Nonzo Anozie, Coş Gəd (Josh Gad), Honq Çau (Hong Chau) və Cudi Denç (Judi Dench) kimi adlar iştirak edir. Fowl’un qaçırılan atasına isə peşəkar aktyor Kolin Farrell (Colin Farrell) həyat verir.

Ssenarisini Michael Goldenberg, Conor McPhersonAdam Kline‘ın yazdığı Artemis Fowl’un keçən il premyerası olması gözlənilirdi. İlk başda açıqlanan premyera tarixindən sonra qısa bir müddət ertələnən filmin, 29 mayda premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər