R.Consonun "Knives Out"nun Davam Filminin Çəkiləcəyi Dəqiqləşdi!

08 Fevral, 2020


Rayan Conson (Rian Johnson) imzalı Knives Out’un, Deniel Kreyqin (Daniel Craig) canlandırdığı Dedektif Benoit Blanc xarakterinin yeni macəralarını mövzu götürən davam filminin çəkiləcəyi dəqiqləşdi.

Star Wars: The Last Jedi ilə seriyanın pərəstişkarlarını ikiyə bölən və bu səbəbdən tənqid olunan Rayan Conson (Rian Johnson), keçən ilin sonunda yeni filmi Knives Out ilə filmsevərlərin qarşısına çıxdı. Dünya premyerasını 44-cü Toronto Film Festivalında edən film, “Qatil kimdir?” hekayəsinə gətirdiyi modern dəyişiklər və peşəkar yazılmış ssenari ilə adından söz etdirdi.



Deniel Kreyq (Daniel Craig), Kris Evans (Chris Evans), Ana de Armas, Ceymi Li Körtis (Jamie Lee Curtis), Toni Kollett (Toni Collette), Don Johnson, Maykl Şennon (Michael Shannon), Katherine Langford, Lakeith Stanfield, Jaeden MartellKristofer Plammer (Christopher Plummer) kimi önəmli adları bir araya gətirən film, eyni zamanda kassada da önəmli bir uğur əldə etdi. İzləyicilərin və tənqidçilərin rəğbətini qazanan film, Ən Yaxşı Özünəməxsus Ssenari “Oskarı”na da namizəd oldu. Knives Out’un davam filmi Deniel Kreyq (Daniel Craig) xarakterinə hədəflənəcək.



Filmin arxa-arxaya əldə etdiyi bu önəmli uğurlar, Agatha Christie romanlarına oxşadılan bir hekayə quruluşuna sahib olan Knives Out’un olası bir davam filminin çəkilmə ehtimalını üzə çıxardı. Ötən aylarda Rayan Conson (Rian Johnson), Knives Out’un davam filmi üçün hazırlıqlara başladığını açıqlamışdı. Qısa bir müddət əvvəl ortaya çıxan bir xəbər isə bu vəziyyəti dəqiqləşdirdi. Collider’ın xəbərinə görə Knives Out’un davam filminin çəkiləcəyi dəqiqləşdi. Lionsgate CEO’su Jon Feltheimer, qatıldığı bir tədbirdə Knives Out’un davam filminin çəkiləcəyini təsdiqlədi.

Knives Out’un davam filmi, Deniel Kreyqin (Daniel Craig) canlandırdığı Dedektif Benoit Blanc xarakterinin yeni macəralarına hədəflənəcək. Beniot Blanc’ın yeni bir cinayət işinə baxacağı davam filminin, izləyiciyi yeni və sirli macəraların içərisinə çəkməsi gözlənilir. Bu filmlə öz Hercule Poirot’sunu yaradan Rayan Conson (Rian Johnson), davam filmini çəkmək üçün çox uzun müddət gözləyəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər