Ceymi Li Körtis

Ceymi Li Körtis

Aktrisa, prodüser, rejissor

BİOQRAFİYA

Ceymi Li Körtis 22 noyabr 1958-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) aktyor Toni Körtis və aktrisa Canet Li ailəsində dünyaya gəlib. Valideynləri 1962-ci ildə boşandıqdan sonra anasının yanında qalıb və bir müddət sonra anası yenidən ailə qurub. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Stokton şəhərində aktyorluq peşəsi üzrə təhsilinə başlayıb. Bir müddət sonra filmlərdə rol almış və 1978-ci ildə məşhur sleşer janrında çəkilən Hellouin filmində iştirak edib. Ardınca, bir çox filmlərdə, o cümlədən, "Hellouin" filminin seriyalarında rol alıb. Ceyminin bacısı Kelli Körtis aktrisadır. “Hellouin” (1978), “Qorxu qatarı” (1980), “Duman” (1980), “Məktəb balı” (1980), “Hellouin 2”  (1981) və sair məşhur qorxu filmlərində çəkilib. “Yerlərimizi dəyişək” (1983), “Vanda adlı balıq” (1988), “Yalnız məhəbbət”  (1989—1992), “Həqiqi yalan” (1994), “Haydinin həyatından salnamə”  (1995), “Nikolasın vergisi” (1998), “Dəlisov cümə” (2003) filmlərdə və seriallarda çəkilib. Ceymi Li Körtis BAFTA (1984), iki “Qızıl qlobus” (1990, 1995) “Saturn” (1995) mükafatlarının sahibidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceymi_Li_Körtis

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç