Mel Gibsonlu "Lethal Weapon 5" Üçün Hazırlıqlara Başlanıldı!

01 Fevral, 2020

Lethal Weapon 5 üçün hazırlıqlara başlanıldı. Mel GibsonDenni Qloverin (Danny Glover) öncəki filmlərdəki rolları ilə geri qayıdacağı "Lethal Weapon 5"i ilk dörd filmin də rejissoru olan Riçard Donnerin (Richard Donner) rejissoru olması gözlənilir.

Həyat yoldaşının ölümünün ardından intihara meyilli bir hal alan və bu səbəbdən ən təhlükəli tapşırıqlara belə gözünü qırpmadan atılan Martin Riggs ilə artıq 50 yaşına gəlmiş və hüzurlu bir formada təqaüdçü olmanın xəyalını quran Roger Murtaugh’ın macəralarını danışan və film tarixinin ən uğurlu kəskin seriyaları arasında yer alan Lethal Weapon, illər sonra kinoteatrlara geri qayıtmağa hazırlaşır.

Mel GibsonDenni Qloverin (Danny Glover) bir-birindən son dərəcə fərqli LAPD polislərinə həyat verdiyi seriyaya, 1998-ci premyerası olan dördüncü filmlə sona çatmışdı. 2016-cı ildə uğurla televiziyaya adaptasiya olunan Lethal Weapon’ın beşinci bir filmlə kinoteatrlara qayıda biləcəyi ilk olaraq 2017-ci ildə danışılmağa başlanmış, ancaq bu mövzuda dəqiq bir addım atılmamışdı. Ancaq Warner Bros.’un məşhur prodüserlər arasında yer alan Dan Lin‘in ötən günlərdə etdiyi açıqlamalar beşinci film fikrindən vaz keçilmədiyini ortaya çıxardı.

Картинки по запросу "‘Lethal Weapon 5’ Is Close To Becoming A Reality With Mel Gibson, Danny Glover & Richard Donner All Returning""

Mel GibsonDenni Qloverli (Danny Glover) Lethal Weapon 5’i Riçard Donnerin (Richard Donner) rejissoru olması gözlənilir. The Hollywood Reporter’ın mükafat sezonuna xüsusi olaraq hazırladığı Awards Roundtable video seriyasının prodüserləri bir araya gətirən seriyasına qonaq olan Dan Lin, bu söhbət əsnasında Lethal Weapon 5 üçün hazırlıqlara başladıqlarını açıqladı. Üstəlik bu yeni proyektdə həm Mel GibsonDenni Qlover (Danny Glover), həm də seriyadakı dörd filmin də rejissoru olan Riçard Donner (Richard Donner) yer alır.

Картинки по запросу "‘Lethal Weapon 5’ Is Close To Becoming A Reality With Mel Gibson, Danny Glover & Richard Donner All Returning""

Bunun seriyadakı son film olacağını qeyd edən Dan Lin, Riçard Donnerin (Richard Donner) bu film üçün geri qayıdacağını, Mel GibsonDenni Qloverin (Danny Glover) də seriyaya qayıtmağa hazır olduğunu açıqladı. Lin’ə görə bu nöqtədə filmin gerçəkləşməsi üçün tək lazım olan şey ssenarinin yazılması. Lin’in açıqlamaları filmin hekayəsinin həm Donner, həm də aktyorlar tərəfindən bəyənildiyini, ssenarinin də istənilən kimi olması vəziyyətində filmin gerçəyə çevrilə biləcəyini göstərir.

İllər sonra gələn davam filmləri ümumilikdə gözlənilən uğuru əldə edə bilməsə də, qısa müddət əvvəl premyerası olan Bad Boys for Life’ın kassada uğurlu olması bu kimi filmlərin hələ izləyicilərin diqqətini çəkdiyini göstərir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər