Denni Qlover

Denni Qlover

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Denni Qlover — amerikalı aktyor və ictimai xadimdir. San-Fransisko Universiteti nəzdində kollecini, “American Conservatory Theatre” nəzdində niqeriyalı aktyorların studiyasını bitirib. Kinoda 1979-cu ildə rejissor Don Siqelin “Alkatrasdan qaçış” filmində epizodik rola çəkilərək debüt edib. Ardınca aktyor məşhur olmayan “Çu Çu və Filli Fleş” (1981), “Xaric” (1982) bir neçə filmə və “Qəzəblə alovlanan” (1983), “Yaddaş günü” (1983” televiziya filmlərində çəkilir. Qlover 1984-cü ildə Robert Bentonun “Qəlbdə yerin” dramında çəkilərkən rejissorların diqqətini cəlb edib. Növbəti il Harrison Fordun baş rolda iştirakı ilə rejissor Piter Uirn “Şahid” filmində polis rolunda çəkilir. Film “Oskara” layiq görülüb. Qlover “Vəhşi 2” (1990), “Uğur” (1991), “Bənövşə gülləri” (1985), “Silverado” (1985) filmlərindəki rolları ilə daha çox tanınıb.  “Ölümcül silah” filmində çavuş Mertou rolu ona dünya şöhrəti gətirir. Filmdə onun tərəf-müqabili Mel Gibson olub. İlk film 1987-ci ildə, sonuncu dördüncü isə 1998-ci ildə çəkilib. 1990-cı illərdə Denni Qlover “Sevimli”(1998), “Tenenbaum ailəsi” (2001), “Mişar: sağ çıxmaq oyunu” (2004), “Amerikada itkin düşmüş” (2005), “Atıcı” (2007), “Stride” və “Night Train” (2009), “Nyu Yorkda beş minarə” (2010) filmlərində çəkilib. Rejissor Rolland Emmerihin “2012” filmində Qloverin ABŞ prezidenti rolunda çəkilib. Bu onun ən yadda qalan rollarından biridir. 31 may 1997 Qlover San-Fransisko Universitetində incəsənət üzrə doktor dərəcəsini alıb. 1975-ci ildə evlidir, bir qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D0%BE%D0%B2%D0%B5%D1%80,_%D0%94%D1%8D%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç