Riçard Donner

Riçard Donner

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Riçard Donner Şvartsberq — amerikalı kinorejissordur. Həyat yoldaşı prodüser Loren Şuler Donnerlə birlikdə sahibi olduqları Donners' Company filmlərinin prodüseridir. “Əlamət” və “Ölümcül silah” filmlərinin rejissoru kimi tanınıb. Daha çox baş rolda Kristofer Rivin iştirakı ilə superqəhrəman haqqında ilk müasir Supermen filminin yaradıcısı kimi məşhurlaşıb. Həmin filmin kinofantastikanın inkişafına mühüm təsiri olub. Riçard Donner 24 aprel 1930-cu ildə ABŞ, Bronksda, Nyu-Yorka yəhudi ailəsində anadan olub. Onun əsl adı Riçard Donner Şvartsberqdir. Valideynləri Hatti və Fred Şvartsberqdir. Gənc yaşlarında teatr səhnəsində çıxış edən Riçard televiziyada kinokaryerasına başlayıb. Onun ilk filmi  “X-15” (1962) kiçikbüdcəli hərbi dramı olub. Baş rolda Çarlz Bronson çəkilsədə film uğursuz alınır. Bundan sonra Donner televiziyaya qayıdır. Məxfi agent Maksvell Smart haqqında Get Smart komediya serialının bir neçə seriyasına rejissorluq edib.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%BD%D0%BD%D0%B5%D1%80,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç