Saymon Peqq "Çətin Tapşırıq 7"də Rol Alacağını Açıqladı!

23 Yanvar, 2020

"Çətin Tapşırıq" (Mission: Impossible) seriyasında Benji xarakterinə həyat verən Saymon Peqq (Simon Pegg), seriyanın yeddinci filmində də rol alacağını açıqladı. Tom Kruzun (Tom Cruise) baş rolunda yer alacağı Mission: Impossible 7 filminin 23 iyul 2021-ci ildə premyerası olacaq. 2011-ci ildə premyerası olan və çox bəyənilən "Çətin Tapşırıq: Fantom Protokolu" (Mission: Impossible – Ghost Protocol) ilə yenidən həyat tapan və o gündən bəri çıxan hər yeni filmlə səviyyəni biraz daha yüksəldən "Çətin Tapşırıq" (Mission: Impossible) seriyası, ard-arda çəkiləcək iki yeni filmlə böyük ekrandakı yolunu davam etdirməyə hazırlaşır.


Seriyanın 5-ci və 6-cı filmlərinin də ssenarist və rejissoru olan Kristofer MakKuorrinin (Christopher McQuarrie) yazıb, rejissoru olacağı, Tom Kruzun (Tom Cruise) baş rolunda yer alacağı Mission: Impossible 7 və 8 üçün hazırlıqların sürət qazanmasıyla birlikdə filmlərin aktyor heyəti də formalaşmağa başladı. Üçüncü filmdə seriyaya daxil olan və "Çətin Tapşırıq" (Mission: Impossible) filmlərinin ən sevilən xarakterlerindən biri olan Benji’yə həyat verən Saymon Peqq (Simon Pegg), seriyanın 7-ci filmində də rol alacağını açıqladı. Qısa müddət verdiyi bir reportajda gələcəkdəki proyektləri haqqında danışan Saymon Peqq (Simon Pegg), yeni bir "Çətin Tapşırıq" (Mission: Impossible) filmində rol alacağını qeyd etdi. Mission: Impossible 7 filminin 23 iyul 2021-ci ildə premyerası olacaq.

Картинки по запросу It Sure Sounds Like Simon Pegg Announced He’s Back for ‘Mission: Impossible 7’

Yeni "Çətin Tapşırıq" (Mission: Impossible) filminin aktyor heyətində Tom Kruz (Tom Cruise) və Saymon Peqqdən (Simon Pegg) başqa Marvel film kainatında canlandırdığı Peggy Carter xarakteriylə diqqət çəkən Hayley Atwell, keçən il TolkienDark Phoenix ilə filmlərə qonaq olan Nikolas Holt (Nicholas Hoult), "Qalaktikanın Keşikçiləri 2" (Guardians of the Galaxy Vol. 2) ilə karyerası yüksəlişə keçən Pom Klementieff, Boardwalk EmpireTake Shelter kimi proyektlərlə tanınan Şi Uiqhem (Shea Whigham) iştirak edecek. Bundan əlavə Rebekka Fergüson (Rebecca Ferguson) da Ilsa Faust xarakteriylə geri qayıdacaq. Ancaq Hayley Atwell’in yeni filmlərdə qadın baş rol olaraq yer alacaq olması, Rebekka Fergüsonun (Rebecca Ferguson) seriyadakı gələcəyi haqqında suallar ortaya çıxmasına səbəb olur. Mission: Impossible’ 7 filmi 23 iyul 2021-ci ildə, Mission: Impossible 8 isə 5 avqust 2022-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər