Mads Mikkelsen "Riders of Justice"in Baş Rolunda Yer Alacaq!

17 Yanvar, 2020

Mads Mikkelsen, Adam’s ApplesMænd & høns filmlərində birlikdə çalışdığı “Oskar” mükafatlı rejissor Anders Tomas Yensen (Anders Thomas Jensen) qara komediya janrındakı yeni filmi Riders of Justice’in baş rolunda yer alacaq.

Hannibal, Jagten, Doctor Strange kimi proyektlərlə tanınan, ən son Netflix filmi Polarda rol alan Mads Mikkelsenin, keçən ilin sonunda Aleksandr Peynin (Alexander Payne) Netflix’də yayımlanacaq yeni filmində rol alacağını sizlərlə paylaşmışdıq. Ancaq Netflix, filmin adaptasiya oluncağı məqalənin yazarı Karl Ove Knausgaard’ın məqalənin haqlarını verməkdən imtinası nəticəsində filmin təxirə salındığı açıqlanmışdı.



Yaşanan bu yeniliklərdən sonra Mads Mikkelsen’in yeni proyekti məlum oldu: Riders of Justice! Variety’nin xəbərinə görə Mads Mikkelsen, 1999-cu ildə rejissoru Valgaften qısa filmiylə “Oskar” qazanan, Süzanna Birin (Susanne Bier) “Oskar” mükafatlı In a Better World filminin ssenarisini qələmə alan Anders Tomas Yensenin (Anders Thomas Jensen) qara komediya janrındakı yeni filmi Riders of Justice’in baş rolunda yer alacaq. Mads Mikkelsen’li Riders of Justice haqqında ilk detallar açıqlandı.



Mads MikkelsenAnders Tomas Yensenin (Anders Thomas Jensen), Adam’s ApplesMænd & høns filmlərindən sonra Riders of Justice üçün yenidən bir araya gəlir. Anders Tomas Yensenin (Anders Thomas Jensen) eyni zamanda ssenarisini qələmə alacağı filmin aktyor heyətində Mads Mikkelsenlə bərabər Nikolay Li Kaas (Nikolaj Lie Kaas), Lars Brygmann, Nicolas Bro, Gustav Lindh, Roland Møller, Andrea Heick Gadeberg kimi adlar yer alır.

Mads Mikkelsen’li Riders of Justice, orduda vəzifə alan Markus’un, həyat yoldaşını trajik bir qatar qəzası nəticəsində itirməsinin ardından qızı Mathilde’nin yanına getməyə çalışmasıyla yaşanan hadisələri mövzu götürür. Ancaq qəza kimi görülən bu hadisə, yeni və gözlənmədik nəticələrin ortaya çıxmasına səbəb olur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər