Anders Tomas Yensen
Kinorejissor, ssenarist
Anders Tomas Yensen 6 aprel 1972-ci ildə Danimarkanın Frederiksvayerk şəhərində anadan olub. Qısametrajlı filmlərlə debütü olub. 1996-cı ildə çəkdiyi “Ernst & The Light” filminə görə "Ən yaxşı qısametrajlı film" nominasiyasında "Oskar" mükafatına namizədliyi irəli sürülüb. 1998-ci ildə çəkdiyi “Seçim gecəsi” filminə görə "Oskar" mükafatını qazanıb. 90-cı illərin sonlarından başlayaraq, Yensen ssenari müəllifi kimi “Açıq ürəklər”, “Sürəti artır!”, “Toydan sonra”, “Hersoginya” kimi filmlərə imza atır. 2010-cu ildə ssenarisini yazdığı “Qisas” filmi "Ən yaxşı əcnəbi film" kateqoriyasında "Oskar" mükafatı qazanıb. Yensen 2005-ci ildə "Nordisk Film Award" mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: