Aleksandr Peyn

Aleksandr Peyn

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Konstantin Aleksandr Peyn 10 fevral 1961-ci ildə ABŞ-ın Nebraska ştatının Omaha şəhərində anadan olub.  Valideynləri Yunanıstanlı mühacirlər olub. Amerikaya köçdükdən sonra restoran sahibi olublar. Üçuşaqlı ailənin sonbeşiyidir. Uşaqlığı Uorren Baffetin yaşadığı rayonda keçib. Aleksandr Peyn Stenford Universiteti məzunudur. Dərəcəsini artırmaq üçün ispan dilini öyrənib və Salaman Universitetinə daxil olub. 1990-cı ildə ABŞ Kino, teatr və televiziya məktəbində incəsənət üzrə magistr pilləsinə yüksəlib. İkiqat “Oskar” mükafatı laureatıdır (2005,2012). Onun ekran əsərlərində qara yumor üstünlük təşkil edir və müasir amerikan cəmiyyətini bir növ satirik cəhətdən tərənnüm edir. Daha çox “Nebraska” (2013), “Nəsillər” (2011), “Bambılı” (1999), “Uçurum astanasında” (2004) filmlərinə görə tanınır. Karyerası ərzində 14 filmin rejissoru olub. Şəxsi həyatına gəlincə 1 yanvar 2003-cü ildə kanadalı aktrisa Sandra ilə ailə qurub. Onlar “Uçurum Astanasında” filminin çəkilişlərində birlikdə iştirak ediblər. 2005-ci ildə cütlüyün ayrıldığı xəbəri təsdiqini tapıb. Boşanma 2006-cı ildə rəsmiləşib. Rejissor Cey Rouç, Devid O. Rassel və Spayk Consla dostluq edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%8D%D0%B9%D0%BD,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç