Süzanna Bir 15 aprel 1960-cı ildə Kopenhagendə (Danimarka) yəhudi ailəsində anadan olub. Süzannadan başqa ailədə iki uşaq da var idi. Gələcək rejissor İsraildə memarlıq oxuyur, amma kino sahəsinə də maraq göstərirdi. 1987-ci ildə o, Danimarkada Kino Sənəti Akademiyasını bitirir və rejissor kimi işləməyə başlayır. 1989-cu ildə “Notater om Korlighedon” adlı ilk sənədli filmini çəkib. 2002-ci ildə Süzanna ssenarist Anders Tomas Yensenlə tanış olur və çox məhsuldar duet ortaya çıxır. Onların “Qardaşlar” filmi “Sandens-2005” festivalında "Tamaşaçı rəğbəti"ni qazanır. 2006-cı ilin ən uğurlu işlərindən olan “Toydan sonra” filmi isə doqquz beynəlxalq mükafata layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Susanne_Bier