Mads Mikkelsen

Mads Mikkelsen

Aktyor, prodüser

BİOQRAFİYA

Mads Dittman Mikkelsen 22 noyabr 1965-ci ildə Danimarkanın Kopenhagen şəhərində anadan olub. Anası Benta Kristensen tibb bacısı, atası Henninq Mikkelsen bank işçisi olub. Özündən böyük Lars adlı qardaşı var, o da aktyordur. Uşaqlığı Nyörrebro şəhərində keçib. Gəncliyində gimnastika və rəqslə məşğul olub. Göteborq balet akademiyasında oxuyub. 1996-cı ildə "Arhus Theatre School" teatr məktəbini bitirib. 90-cı illərin ortalarına kimi Danimarka kino sənayesində çalışıb. Daha sonra ABŞ, Britaniya və digər ölkələrin kinolayihələrinə də dəvət olunub. Şəxsi həyatına gəlincə, 2000-ci ildə xoreoqraf Hanna Yakobsenlə ailə qurub. Onunla 1987-ci ildən bəri vətəndaş nikahında olub. Cütlüyün 1992-ci il təvəllüdlü Viola adlı qızı və 1997-ci il təvəllüdlü Karl Yakobsen adlı oğlu var. Həyatının böyük hissəsini Kopenhagendə keçirib. 2012-ci ildə “Hannibal” serialının çəkilişi ilə əlaqədar Toronto şəhərinə köçüb. Bondiana silsiləsindən “Kazino Royal” filmində və “Hannibal” serialında oynadığı rollarla məşhurlaşıb. Rejissor Tomas Vinterberqin “Ov” filmində oynadığı rola görə Kann kinofestivalının mükafatına layiq görülüb. Danimarka kraliçası II Marqret tərəfindən 2010-cu ildə Dannebroq sərkərdə ordeni ilə təltif olunub.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Mads_Mikkelsen

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç