Kira Naytlili "Misbehaviour"dan Treyler Yayımlandı!

26 Dekabr, 2019

Kira Naytli (Keira Knightley), Gugu Mbatha-Raw Jessie Buckley’yi bir araya gətirən Misbehaviour’dan treyler yayımlandı. Film, Londonda təşkil olunan 1970-ci il Dünya Gözəllik Yarışmasını protesto edən bir qrup qadın aktivistin hekayəsini danışır.

Londonda təşkil olunan 1970 Dünya Gözəllik Yarışması ərəfəsində yaşanan qeyri-adi hadisələr, gələn il premyerası olacaq Misbehaviour ilə böyük ekrana gətirilir. Gerçək hadisələrdən ilhamlanan film, 1970-ci ildə Londonda təşkil olunan Dünya Gözəllik Yarışmasının, gözəllik yarışmalarının qadını metallaşdırdığını müdafiə edən bir grup qadın aktivist tərəfindən canlı yayımda protesto edilməsini mövzu götürür.

Похожее изображение

Pathé, Ingenious Media, BBC Films, BFILeft Bank Pictures ortaqlığında hazırlanan film diqqət çəkici bir aktyor heyətini bir araya gətirir. Filmin baş rollarında “Oskar” namizədi aktyor Kira Naytli (Keira Knightley), son illərdi karyera pillələrini sürətlə dırmaşan Gugu Mbatha-Raw və bu il Wild Rose ilə çox bəyənilən Jessie Buckley yer alır. Aktyor heyətində bu üçlü ilə yanaşı Qreq Kinnir (Greg Kinnear), Lesli Menvill (Lesley Manville), Keeley Hawes, Ris İvans (Rhys Ifans), Phyllis LoganSyuki Uoterhaus (Suki Waterhouse) kimi adlar iştirak edir.



Kira Naytlinin (Keira Knightley) baş rolunu üstləndiyi Misbehaviour, gələn il filmsevərlərin ixtiyarına veriləcək. Rebecca Frayn‘in ssenarisini qələmə aldığı filmin rejissor kürsüsündə Philippa Lowthorpe oturur. Karyerasında seriallar və televiziya filmlərinə imza atan Philippa Lowthorpe, 2012-ci il istehsalı Call the Midwife serialı ilə BAFTA Craft mükafatlarında Ən Yaxşı Rejissor qazanan ilk qadın olmasının ardından The Crown serialında da rejissor kürsüsünə oturmuşdu. Misbehaviour’ın premyerası Böyük Britaniyada 13 martda planlaşdırılır.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər