Syüki Uoterhaus

Syüki Uoterhaus

Aktrisa, model

BİOQRAFİYA

Syüki Uoterhaus ingilis aktrisa və modeldir. 5 yanvar 1992-ci ildə London şəhərində anadan olub. Ailəsi sonradan Çizik əyalətinə köçüb. Anası – Elizabet, tibb bacısı; atası – Norman, plastik cərrahdır. Syükinin kiçik bacısı İmodcen də fotomodel kimi fəaliyyət göstərir. Syüki karyerasını 16 yaşında başlayıb, 19 yaşı olanda “Marks and Spencer” şirkətinin alt paltar reklamlarında çəkilib. Syüki “Burberry” və “Redken” brendlərinin simasıdır. Həmçinin “Tommy Hilfiger”, “Swatch”, “H&M” kimi brendlərin modeli olub. Televiziyada debütünü 2010-cu ildə gerçəkləşdirib. Kinoda “Rozinin Sevgisi”, “Divergent”, “Qürur və qərəz və zombi, “Gələcəyin dünyası” və digər filmlərə çəkilib. 2012-2013-cü illərdə musiqiçi Maylz Keynlə görüşüb. 2013-2015-ci illərdə aktyor Bredli Kuperlə vətəndaş nikahında olub. 2017-ci ildə sarı mətbuatda onun məşhur rejissor Darren Aronofski ilə görüşdüyü barədə şayələr yayılsa da, onlardan heç biri bu məlumatı təsdiq etməyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Suki_Waterhouse

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç