Lesli Menvill
Aktrisa
Lesli Menvill 12 mart 1956-cı ildə Braytonda (Böyük Britaniya) taksi sürücüsünün ailəsində anadan olub. 1979-cu ildə Menvill tanınmış ingilis rejissoru Mayk Li ilə tanış olur. Menvill həmin vaxt Kral Şekspir Teatrının aktrisası idi. Li isə improvizə edə bilən aktyorlar axtarırdı. Menvill 1980-ci ildə Linin BBC-də yayımlanan “Böyüklər” telefilmində rol alıb. Bu əməkdaşlıq uğurlu alınır və aktrisa Maykl Linin “Böyük ümidlər”, “Sirlər və yalanlar”, “Hər şey və ya heç nə” və “Daha bir il” filmlərində rol alır. 1987-ci ildə Lesli aktyor Qari Oldenlə evlənib. Onlar bir neçə il eyni teatr səhnəsində çıxış edir və birlikdə “Firma” telefilminə çəkilirlər. Növbəti il onların Alfi adlı oğulları dünyaya gəlir. Lakin 1990-ci ilin əvvəlində cütlük rəsmi şəkildə boşanır. 2000-ci ildə Toni Marçantın BBC-də yayımlanan “Holding On” teledramının çəkilişlərində tanış olduğu aktyor Co Diksonla evlənir. Cütlük 2004-cü ildə boşanır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Leslie_Manville