Netflix Filmi “6 Underground”dan Son Treyler Yayımlandı!

12 Dekabr, 2019

13 dekabrda Netflixdə izləyicilərin ixtiyarına veriləcək “6 Underground”dan son bir treyler daha yayımlandı. Maykl Beyin (Michael Bay) rejissoru olduğu filmin baş rolunda Rayan Reynolds yer alır.

Netflix, bir yandan The Irishman, Marriage Story, The Two Popes kimi filmlərlə mükafat sezonunda haqqında danışılmağa davam edərkən, bir yandan da rəqabətdə olduğu film studiyalarının böyük büdcəli kassalara rəqib olacaq proyektlərə sərmayə qoymağa davam edir. Şirkətin bu plan çərçivəsində hazırladığı ilk filmlərdən biri olan “6 Underground”, önümüzdəki günlərdə izləyicilərin ixtiyarına veriləcək. 13 dekabrda ekrana çıxacaq olan film üçün tanıtım işlərini davam etdirən Netflix, filmin yayımlanmasına az qalmış son bir treyler paylaşdı.

Картинки по запросу New ‘6 Underground’ Trailer Introduces Us to the Team

Transformers seriyası ilə tanınan Maykl Beyin (Michael Bay) rejissor kürsüsünə oturduğu “6 Underground”un baş rolunda Deadpool rolu ilə Hollywood’un ən məşhur ulduzlarından biri olan Rayan Reynolds yer alır. Film Reynoldsu Deadpool filmlərini birlikdə hazırladığı Rett Riz (Rhett Reese) və Pol Vernik (Paul Wernick) ikilisi ilə yenidən qarşılaşdırır. Yəni “6 Underground”un ssenarisi Deadpool’un ssenaristləri olaraq tanınan RizVernik ikilisinə aiddir. Maykl Beyin (Michael Bay) yeni filmi “6 Underground", 13 dekabrda Netflix’də yayımlanacaq. Rayan Reynolds’la yanaşı filmdə Melani Loran (Mélanie Laurent), Corey Hawkins, Adria Arjona, Manuel Garcia-Rulfo, Ben Hardy, Lior Raz, Peyman Moadi (Payman Maadi) və Dave Franco iştirak edir.



Kəskin janrdakı film, adı çıxmış cinayətkarları yaxalayıb dünyada qalıcı bir təsir yarada bilmək üçün bir araya gələn altı nəfərlik bir komandanın hekayəsini danışır. Sirli bir milyarderin öncülüyündə bir araya gələn bu komanda, çətin tapşırıqlara imza atarkən hər hansı bir maneəyə ilişməmək üçün öz ölümlərini planlayaraq keçmiş yaşamlarını geridə qoyurlar. 150 milyon dollarlık büdcəsi ilə Netflix’in bugünə qədərki ən bahalı filmlərindən biri olma xüsusiyyətini taşıyan “6 Underground”, 13 dekabrda Netflix’də yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər