Peyman Moadi

Peyman Moadi

Aktyor

BİOQRAFİYA

Peyman Moadi 5 mart 1971-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Valideynləri iranlıdır. Beş yaşına qədər Nyu-Yorkda yaşadıqdan sonra hüquqşünas olan atasına ölkəsindən gələn iş təklifi səbəbindən ailəsi ilə birlikdə İrana qayıdır. Kərəc universitetinin metallurgiya mühəndisliyi fakültəsindən məzun olan Moadi, kino karyerasına 2000-ci ildə “Qu mahnısı” filminə ssenari yazmaqla başlayıb. Daha sonra bir neçə İran filminə ssenari yazıb. Aktyor karyerasına “Elli haqqında” (2009) filmindən başlayıb. İki il sonra, 2011-ci ildə “Nadir və Siminin ayrılması” filminə görə Berlin kinofestivalında "Ən yaxşı kişi rolu"na görə “Gümüş ayı” mükafatına layiq görülür. Xatırladaq ki, Əsgər Fərhadinin rejissoru olduğu “Nadir və Siminin ayrılması” dramı həmin il "Ən yaxşı xarici film kateqoriyasında “Oskar”, “Qızıl Qlobus”, “Sezar” kimi mötəbər mükafatlara layiq görülüb. Peyman Moadi 2008-ci ildə Rəna Həmidi ilə evlənib. Cütlüyün iki övladı var. Ailə hazırda Tehranda (İran) yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Peyman_Muadi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç