77-ci “Qızıl Qlobus” Mükafatının Namizədləri Açıqlandı!

11 Dekabr, 2019

77-ci  “Qızıl Qlobus” mükafatlarına namizədlər açıqlandı. The Irishman, Once Upon a Time… in HollywoodMarriage Story film tərəfdə ön plana çıxan proyektlər oldu. 1943-cü ildə qurulmasının ardından 76 ildir ilin ən yaxşı filmlərini mükafatlandıran Hollivud Xarici Mətbuat Dərnəyi, bu ilin namizədlərini açıqladı.

Bu il film namizədliklərində Netflix proyektlərinin ön plana çıxması diqqət çəkdi. Noah Baumbach imzalı Marriage Story altı namizədliklə ən çox namizəd qazanan film olarkən, bir digər Netflix orijinali olan, Martin Skorseze (Martin Scorsese) imzalı The Irishman də beş namizədlik alıb. Dolemite Is My NameThe Two Popes-da “Qızıl Qlobus” diqqət çəkən Netflix proyektləri arasında yer alır.

Картинки по запросу Golden Globe Nominations: ‘Marriage Story’ and ‘Joker’ Lead the Pack; De Niro and ‘Cats’ Snubbed

Bu il aldığı namizədliklərlə diqqət çəkən bir proyekt Kventin Tarantino imzalı Once Upon a Time… in Hollywood oldu. Tarantino’nun tənqidçiləri ikiyə bölən filmi, aralarında Ən Yaxşı Film (Komediya, ya da Müzikl) və Ən Yaxşı Rejissorun da olduğu beş kateqoriyada namizədlik qazandı.

Hollivud Xarici Mətbuat Dərnəyinin rejissorluq kateqoriyasında yenidən qadın rejissorlara yer verməməsi diqqət çəkdi. Bu il Little Women ilə Qreta Qerviq (Greta Gerwig) və The Farewell ilə Lulu Wang çox bəyənilərkən, mükafat sezonunda da iddialı olacaqlarını göstərmişdilər. Ancaq hər iki ad da “Qızıl Qlobus” mükafatına namizədlik əldə edə bilməyiblər.

Netflix film və televiziya namizədləri toplandığında ümumilikdə 34 namizəd var. Amazon və Hulu da son illərdə olduğu kimi televiziya tərəfində təsirini hiss etdirərkən, noyabr ayında açılan Apple TV+ da The Morning Show ilə ilk “Qızıl Qlobus”namizədliyini qazandı. Bütün bu namizədlər bir araya gəldiyində rəqəmsal platformların serial sektorunda nə qədər böyük bir təsir yaratdığı yenidən özünü göstərdi.

Картинки по запросу Golden Globe Nominations: ‘Marriage Story’ and ‘Joker’ Lead the Pack; De Niro and ‘Cats’ Snubbed

Oliviya Kolmanın (Olivia Colman) Kler Foydan (Claire Foy) rolu təhvil alıb Kraliçe II. Elizabeth’i canlandırdığı The Crown serialı da eynən Unbelievable kimi aldığı 4 namizədliklə adından söz etdirərkən, The Morning Show da aldığı üç namizədliklə “Qızıl Qlobus”da iddialı olacağını göstərdi. İl sonu litseylərin əvəzolunmazları arasında yer alan, Fibi-Uoller Bricin (Phoebe Waller-Bridge) bənzərsiz yumor anlayışıyla çox bəyənilən Fleabag‘in sevilənlər arasında yer aldığını sözlərimizə əlavə edərkən, bu ilə damğasını vuran HBO mini-serialı “Çernobıl”ın da yarışdakı iddiasını qoruduğunu qeyd etmədən keçməyək.

Картинки по запросу Golden Globe Nominations: ‘Marriage Story’ and ‘Joker’ Lead the Pack; De Niro and ‘Cats’ Snubbed

Digər yandan ilin ən yaxşı serialları arasında göstərilən və 16 kateqoriyada namizəd göstərildiyi “Emmi” mükafatlarında iki mükafatla qayıdan When They See Us’ın “Qızıl Qlobus”a namizədlik ala bilməməsi diqqət çəkən bir digər detal oldu. When They See Us’ın yoxluğuna rəğmən televiziya tərəfində 17 namizədlik almağı bacaran Netflix, beləcə 15 namizədlik alan HBO’nun da önünə keçmiş oldu. 77-ci “Qızıl Qlobus” mükafatında 5 yanvarda təşkil olunacaq mərasimdə sahiblərini tapacaq. Mükafat mərasimini Riki Cerveys (Ricky Gervais) aparacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər