Oliviya Kolman

Oliviya Kolman

Aktrisa

BİOQRAFİYA

Sara Kerolayn Oliviya Kolman 30 yanvar 1970-ci ildə İngiltərədə anadan olub. 2018-ci ildə “Favori” filmində canlandırdığı obraza görə "Ən yaxşı qadın rolu" nominasiyasında “Oskar” mükafatına layiq görülüb. İkiqat “Qızıl Qlobus” mükafatı laureatıdır. 2011-ci ilin yanvar ayında “Sandens” kinofestivalında “Tirannozavr” filmindəki roluna görə jürinin xüsusi mükafatını əldə edib. Həmin rola görə həmçinin Britaniya müstəqil kino mükafatını qazanıb. 2013-cü ildə “İyirmi On iki” komediya serialında oynadığı rola görə "Ən yaxşı qadın rolu" və 2013-cü ildə “Çimərlikdə qətl” serialında oynadığı Elli Miller roluna görə "Ən yaxşı ikinci plan aktrisa" nominasiyasında BAFTA TV mükafatı ilə təltif olunub. 2017-ci ildə “Gecə administratoru” filmində etdiyi çıxışa görə “Ən yaxşı ikinci plan aktrisa” nominasiyasında “Qızıl Qlobus” mükafatçısı olub. Həmin rola görə həm də “Emmi” nominantı olub. 2018-ci ilin ortalarında Kolmanın “Tac” serialında Kler Foyu əvəz edəcəyi məlum olub (II Yelizaveta rolunda). 2018-ci ildə Yorqos Lantimosun “Favori” filmində kraliça Anna rolunu ifa edib. Həmin rol ona "Ən yaxşı aktrisa" nominasiyasında “Oskar” mükafatı qazandırıb. Həmçinin, Venesiya kinofestivalında “Volpi” kuboku laureatı olub. Şəxsi həyatına gəlincə, yazıçı və hüquqşünas Ed Sinklerlə evlidir. 1993-cü ildən bəri görüşsələr də, münasibətlərini 2001-ci ilin avqust ayında rəsmiləşdiriblər. Bu izdivacdan üç övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Olivia_Colman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç