Jonathan Groff "The Matrix 4"ün Aktyor Heyətinə Daxil Oldu!

11 Dekabr, 2019

Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı The Matrix 4’un aktyor heyətinə daxil olan son ad, Mindhunter serialı ilə tanınan Jonathan Groff oldu. Məlumat verildiyi anda həyəcanla gözlədiyimiz filmlər arasında yerini alan The Matrix 4 üçün hazırlıqlar davam edərkən, aktyor heyəti da yavaş-yavaş formalaşmağa başlayır. Kianu Rivz (Keanu Reeves) və Kerri- En Mosun (Carrie-Anne Moss) NeoTrinity rolları ilə geri qayıdacağı yeni Matrix filminin aktyor heyətinə daxil olan son ad Jonathan Groff oldu. Mindhunter serialında Holden Ford xarakterini canlandıraraq diqqətləri üzərinə çəkməyi bacaran Groff’un filmdə necə bir rolda izləyicilərin qarşısına çıxacağı hələlik naməlumluğunu qoruyur.

Картинки по запросу Exclusive: ‘Matrix 4’ Adds ‘Mindhunter’ and ‘Frozen’ Star Jonathan Groff

Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı filmdə Kianu Rivz (Keanu Reeves) və Kerri- En Mosla (Carrie-Anne Moss) yanaşı bu aralar Watchmen serialı ilə adını eşitdirən Yahya Abdul-Mateen II, How I Met Your Mother’ın Barney Stinson’ı olaraq tanınan Nil Patrik Harris (Neil Patrick Harris), seriyanın 2-ci ve 3-cü filmində Niobe’ya həyat verən Cada Pinkett Smit (Jada Pinkett Smith) və Iron Fist serialı ilə uğur qazanan Jessica Henwick də rol alacaq. The Matrix 4’ün çəkilişlərinə gələn ilin ilk aylarında başlanacaq.

Картинки по запросу Exclusive: ‘Matrix 4’ Adds ‘Mindhunter’ and ‘Frozen’ Star Jonathan Groff

Seriyaya yeni qatılacaq adların hansı rollarda izləyicilərin qarşısına çıxacağı hələlik naməlumluğunu qoruyur. Ancaq Yahya Abdul-Mateen II’nin Morpheus’un gəncliyinə həyat verə biləcəyi danışılır. Digər yandan Nil Patrik Harrisin (Neil Patrick Harris) də filmin mənfi xarakteri canlandıracağı iddia edilir. Lana Vaçovskinin (Lana Wachowski) ssenarisini Cloud Atlas kitabının yazarı olan David MitchellAleksander Hemon ilə birlikdə qələmə aldığı filmin mövzusu haqqında bilinənlər olduqca azdır. Ancaq çəkilişlərin başlaması ilə birlikdə daha çox detalın üzə çıxması gözlənilir.

Çəkilişlərinə gələn ilin aprel ayında başlanacağı deyilən The Matrix 4’ün 2022-ci ildə izləyicilərin ixtiyarına verilməsi gözlənilir. Ancaq Warner Bros. hələ bu mövzuda rəsmi bir açıqlama verməyib.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər