“Mulan” Cizgi Filminin Remeykindən Yeni Treyler Yayımlandı!

07 Dekabr, 2019

Disney’in sevilən animasiya filmlərindən Mulan’ın remeykindən ilk uzunmetrajlı treyler yayımlandı. Niki Caro’nun rejissoru olduğu filminin, 17 aprel 2020-ci ildə premyerası planlaşdırılır.

Son dövrdə Sindirella (Cinderella), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və bədheybət" (Beauty and the Beast) kimi remeyklərlə böyük uğur əldə edən Disney studiyası, bu il də həm "Kral şir" (The Lion King), həm də "Ələddin"in (Aladdin) remeyki ilə kassada böyük uğur qazandı. Bu filmlərin kassada əldə etdiyi uğurdan güc alaraq remeyklərinə yenilərini əlavə etməyi davam edən Disney, gələn il də Mulan‘ın remeyki ilə filmsevərlərin qarşısına çıxacaq.

Похожее изображение

1998-ci ildə premyerası olan və xüsusilə musiqiləri ilə yaddaşlara həkk olunan Disney klassikləri arasında yer alan Mulan, atasını qurtarmaq üçün kişi libasına girərək savaşa qatılan gənc bir qadının hekayəsini danışırdı. Remeykdə eyni hekayədən irəliləyərək ancaq animasiyada danışılan hekayədə bəzi dəyişikliklər edəcək. Remeykdə animasiyanın pis xarakteri olan Hun lideri Shan Yu’nun yerini Gong Li tərəfindən canlandırılan cadugər alır. Mulan remeykinin 17 aprel 2020-ci ildə premyerası olacaq.

 

Filmə adını verən Mulan’ı The Forbidden KingdomThe Assassins kimi proyektlərlə tanınan Yifei Liu‘nun canlandırdığı filmin aktyor heyəti böyük miqyasda Çinli aktyorlardan ibarətdir. Filmin aktyor heyətində Yifei LiuQun Li  (Gong Li) ilə yanaşı, Cet Li (Jet Li), Donni Yen (Donnie Yen), Ceyson Skott Li (Jason Scott Lee), Yoson An, Utkarsh Ambudkar, Ron YuanTzi Ma kimi adlar iştirak edir.

Filmin rejissor kürsüsündə Whale RiderNorth Country kimi diqqət çəkici proyektlərə imza atan, son olaraq isə The Zookeeper’s Wife ilə filmsevərlərin qarşısına çıxan Niki Caro oturur. Filmin ssenarisini isə Lauren Hynek, Rik Ciffa (Rick Jaffa), Elizebeth MartinAmanda Silver’a aiddir.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər