Qun Li

Qun Li

Aktrisa

BİOQRAFİYA

Qun Li 31 dekabr 1965-ci ildə Çində anadan olub. Çin kinosunun Avropa və ABŞ-da populyarlaşmasına böyük töhfələr vermiş rejissor Çjan İmou (keçmişdə vətəndaş nikahında olublar) ilə birgə çalışan aktrisa kimi beynəlxalq şöhrət qazanıb. Çoxsaylı kinomükafatların, o cümlədən, “Qızıl xoruz”, ABŞ “Milli kino tənqidçiləri şurası” mükafatı, Berlin, Kann və Venesiya kinofestivallarının mükafatlarının laureatıdır. “Dünya artisti” fəxri adını daşıyır. İmou ilə üçüncü müştərək işləri sayılan “Qırmızı fənəri qaldır” filmi "Ən yaxşı xarici dilli film" kateqoriyasında “Oskar” mükafatına namizəd olub. “Sü Tzüy məhkəməyə şikayət edir” lenti isə 1992-ci ildə Venesiya kinofestivalında "Ən yaxşı film" seçilib. Qun Lini Çjan İmou ilə uzunillik münasibətlər bağlayıb. Bu yaxınlığa görə hətta bəzi media orqanları səhvən onu rejissorun həyat yoldaşı kimi təqdim edib. 1995-ci ildə onların sevgi həyatı qalmaqallı şəkildə sona çatıb. Qun Li və Çjan İmou kinoda da əməkdaşlığı dayandırıblar. Ancaq bu gənc aktrisanın populyarlığına hər hansı ziyan vurmayıb. O, digər rejissorlardan çoxsaylı təkliflər alıb. 1993-cü ildə Çen Kaygenin “Əlvida, məşuqəm” filmində baş rola çəkilib. 1996-cı ildə Qun Linin Sinqapurdan olan tütün maqnatına ərə getdiyi barədə şaiyələr yayılıb. Sinqapur qəzeti onların nikah haqqında şəhadətnaməsinin sürətini dərc edənə qədər Qun Li bu xəbəri təkzib edirdi. Sənədə əsasən, onlar 1996-cı ildə Honq Konqda ailə qurublar. 2008-ci ildə Qun Li Çin vətəndaşlığını Sinqapur vətəndaşlığına dəyişib. 2010-cu ildə cütlük boşandığını elan edib. 2019-cu ildə  fransalı musiqiçi Jan-Mişel Jarra ərə gedib. Aktrisa fəaliyyəti ilə yanaşı ictimai fəaldır. 2000-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri təyin olunub. 2006-cı ildə keçirilən ictimai rəy sorğusuna görə, Çinin ən gözəl qadını hesab olunur. Karyerası ərzində ən tanınmış filmləri “Geyşanın memuarları” (2005), “Mayami polisi: Əxlaq şöbəsi” (2006), “Qırmızı fənəri qaldır” (1991) filmləri sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Gong_Li

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç