Cet Li

Cet Li

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Cet Li - 26 aprel 1963-cü ildə Pekində (Çin Xalq Respublikası) anadan olub. Bir qardaşı və iki bacısı var idi. Onun iki yaşı olanda atası vəfat edir və ailə müflisləşir. Səkkiz yaşında məktəbə gedir. İdman dərslərində onun uşu istedadı üzə çıxır. Bundan sonra Cet Li Pekin Uşu Akademiyasına yazılır. Onun uşunu öyrənməsinə məşhur Li Cufen və Vu Bin kömək edirdi. Vu Bin hətta Linin ailəsinə maddi kömək də edirdi. Çünki Cet Li uşu çempionatlarında 15 qızıl medal və bir gümüş medal qazanmışdı, onun müəllimlərindən biri kimi Vu Binin adı hallanırdı. Çempionatlardan sonra o ABŞ-a, prezident Riçard Niksonun yanına gedir. Bir dəfə Nikson ona onun cangüdəni olmağı təklif edir. Li cavab verir: "Mən bir adamı qorumaq istəmirəm. Mən böyüyəndə mənim kimi milyardlarla çinli həmvətənimi qorumaq istəyirəm!". Bu sözlər onu məşhur edir və ona böyük hörmət qazandırır. Cet Linin uşu ilə qazanılmış şöhrəti onu kinoulduz kimi aktyorluq karyerasına gətirir. Onun Çində olan şöhrəti Honq Konqa yayılır. Tezliklə Cet Li "Reaktiv", yəni, "Döyüşkən" mənasını verən adla məşhurlaşır. Onun Hollivudda çəkildiyi ən gəlirli film 1998-ci ildə çəkilmiş "Ölümcül silah 4" filmi olur. Həmçinin Cet Li "Məğlubedilməzlər" filminin bütün seriyalarında çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Cet_Li

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç