"Killers of the Flower Moon"un Çəkilişlərinə Martda Başlanılacaq!

06 Dekabr, 2019

Martin Skorsezenin (Martin Scorsese) Leonardo DiKaprio (Leonardo DiCaprio) və Robert De Niro’lu yeni filmi Killers of the Flower Moon’un görüntü rejissoru olan Rodrigo Prieto, filmin çəkilişlərinə gələn ilin mart ayında başlanacağını açıqladı. Peşəkar rejissor Martin Skorseze (Martin Scorsese), bu aralar Netflixdə yayımlanan, həm izləyicilərdən, həm də tənqidçilərdən müsbət rəylər alan yeni filmi The Irishman‘lə çox danışılır.

Skorseze’nin bir müddətdir hazırlıq ərəfəsində olan yeni filmi Killers of the Flower Moon‘un baş rollarında Robert De Niro və Leonardo DiCaprio yer alır. Daha əvvəl The Aviator, Gangs of New York, The Departed kimi filmlərdə birlikdə çalışan Martin Skorseze (Martin Scorsese) və Leonardo DiKaprioyu (Leonardo DiCaprio) altıncı dəfə bir araya gətirəcək film, Skorseze ilə De Niro’nun isə birlikdə çalışdığı onuncu uzunmetrajlı film olacaq.



Ssenarisini Forrest Gump, The Insider, The Curious Case of Benjamin ButtonMunich kimi filmlərlə tanınan “Oskar” mükafatlı ssenarist Eric Roth qələmə aldığı film, James Gray tərəfindən filmə adaptasiya olunan The Lost City of Z’in də yazarı olan David Grann‘in eyniadlı romanından filmə adaptasiya olunacaq. Martin Skorsezenin (Martin Scorsese) yeni filmi Killers of the Flower Moon’un 2021-ci ildə premyerası gözlənilir.

Картинки по запросу Martin Scorsese’s ‘Killers of the Flower Moon’ Starts Filming in March 2020

David Grann’in romanı, 1920-1925 illər arasında o dövr dünyanın bəlkə də ən varlı insanları olaraq bilinən Osage yerlilərinin yaşadıqları yerdə petrol tapılmasının ardından sistematik bir formada qətl edilməsinin gerçək hekayəsini mövzu götürür. Romanda danışılanlara görə, hadisəni araşdıran bir çox araştırmaçının öldürülməsinə görə FBI işi ələ alır və bu vəziyyət, orqanizasiyanın o vaxta qədər ki ən önəmli və ən böyük cinayət işi olaraq yaddaşlarda qalır. J. Edgar Hoover’ın çözməyə çalışdığı bu sirr detalları ortaya çıxdıqca Amerika tarixinin ən ölümcül sui-qəsdlərindən biri üzə çıxır.

Film üçün Bartlesville, Oklahoma’da kamera testləri gerçəkləşdirən Prieto, Skorseze ilə birlikdə filmin tonunu hələ müəyyən etmədiklərini, bu aralar Skorsezə göstərəcəyi görüntüləri hazırlamaqla məşğul olduğunu vurğuladı. Filmin 2021-ci ildə premyerası olması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər