Luis Prieto

Luis Prieto

Rejissor, ssenarist

BİOQRAFİYA

Luis Prieto 1970-ci il iyulun 10-da İspaniyanın Madrid şəhərində anadan olub. Prieto İspaniyada iqtisadiyyat və fotoqrafiya, 1994-cü ildə isə Los-Ancelesin Kaliforniya İcəsənət İnstitutunun Film və Video fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994 və 1999-cu illərdən etibarən Prieto Sietl, San Fransisko və Los-Anceles şəhərlərində yaşayırdı. Prieto reklam, qısa və sənədli filmlərdə montajçı kimi işləyirdi. 1994-cü ildə tələbə akademiyası və "The Night Voice" mükafatlarına namizədi olur. 2000-ci ildə Prieto Barselona şəhərində (İspaniya) "Albinana Films" şirkətinə rejissor kimi qəbul olunur. 2001-ci ildə Luis Prietonun "Bamboleho"adlı ilk qısametrajlı filmi Robert De Nironun "Tribeca Film Festival"ı daxil olmaqla, 45-dən çox beynəlxalq təltif və Venesiya Film Festivalının Xüsusi mükafatına layiq görülür. 2004-cü ildə Buenos-Ayresdə (Argentina) çəkilən "Konton Ekspres" tammetrajlı filmi Luis Prietonun rejissorluq debütü sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Luis_Prieto_(director)

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç