Zoi Saldana Reed Moranonun "Sabaya" Filmində Yer Alacaq!

21 Noyabr, 2019


Zoi Saldana (Zoe Saldana), The Handmaid’s Tale ile tanınan Reed Morano’nun yeni filmi Sabaya’nın baş rolunda yer alacaq. Filmin ssenarisini "Dönüklər"in (The Departed) “Oskar” mükafatlı ssenarist Uilyam Monahen (William Monahan) qələmə alacaq.

Karyerasına görüntü rejissoru olaraq başlayan Reed Morano, ilk uzunmetrajlı filmi Meadowland ilə rejissorluq sahəsindəki hünərlərini sərgiləməsinə rəğmən ən böyük uğurunu The Handmaid’s Tale ilə etmişdi. Bu serialla adını geniş kütlələrə eşitdirən Morano, eyni zamanda serialdakı rejissorluğu ilə Emmi mükafatına layiq görülmüşdü.



The Handmaid’s Tale’dan sonra I Think We’re Alone Now filminə imza atan Morano, gələn il Bleyk Layvli (Blake Lively) və Cud Loulu (Jude Law) yeni filmi The Rhythm Section filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Bu filmdən sonra Reed Morano, Sabaya filminin rejissoru olacaq. Filmin baş rolunda Avatar, Star Trek, Guardians of the Galaxy kimi proyektlərdə rol alan, Marvel film kainatının Gamora’sı olaraq tanınan Zoi Saldana (Zoe Saldana) yer alacaq.

Картинки по запросу zoe saldana films

Reed Morano’nun yeni filmi Sabaya’nın ssenarisini "Dönüklər"in (The Departed) ssenaristi Uilyam Monahen (William Monahan) qələmə alacaq. Zoi Saldana (Zoe Saldana) filmdə, özünü seks köləsi olaraq əsarət altında tutan IŞİD’dən qaçan 15 yaşındakı bir qızla dostluq quran bir CIA agentini canlandıracaq. Gənc qızın verdiyi məlumatlarla CIA, üst səviyyədə bir IŞİD-çının ölümünə və IŞİD’in çöküşünə yol açan bir missiyanı bir araya gətirməyə çalışacaq.

Sabayanın ssenarisini "Dönüklər"in (The Departed) “Oskar” mükafatlı ssenarist Uilyam Monahen (William Monahan) qələmə alır. Monahan, Sabaya’nın bir film üçün duyğu dolu güclü bir materiala sahib olduğunu vurğularkən, Reed Morano isə bu güclü hekayəyi danışmaq üçün çox həyəcanlı olduğunu dilə gətirdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər