Uilyam Monahen

Uilyam Monahen

Ssenarist

BİOQRAFİYA

Uilyam C. Monahen 3 noyabr 1960-cı ildə Dorçester şəhərində (Massaçusets ştatı, ABŞ) anadan olub. Massaçusetsin Amherst Universitetində dram təhsili alıb. Daha sonra Nyu-Yorka köçüb və alternativ həftəlik “New York Press” qəzeti və “Talk”, “Maxim” və “Spy” kimi jurnallarda çalışıb. “Bəzi heyvanlar arasında müşahidə olunan müxtəlif insidentlər arasında əlaqələr” adlı qısa hekayəsinə görə “Puşkart” mükafatını əldə edib. Köşə yazarlığından savayı bir müddət “Spy” jurnalının redaktoru işləyib. Monahen “İşıqlı ev” romanını yazdıqdan sonra "Warner Bros." şirkəti əsərin ekranizasiyası üzrə hüquqları alıb. Romanı kitab şəklində 2000-ci ildə işıq üzü görüb. Kitab müsbət tənqidçi rəyləri qazansa belə, bir neçə il sonra müəllif roman üzrə hüquqları geri alaraq, kitabı satışdan çıxartdırıb. Romanın adaptasiyası da istehsalat mərhələsinə çata bilməyib. 2001-ci ildə 20th Century FoxMonahenin “Tripoli” adlı romanınn ekranizasiyası hüquqlarını əldə edib. Ssenarist rejissor Ridli Skotta təqdim olunur. Monahen öz tövsiyələrini vermək üçün Skottla görüşür. Skott ona sərkərdələr haqqında film çəkmək istədiyini bildirir. Monahen isə ona səlib yürüşləri haqqında ekran əsəri çəkməyi təklif edir. “Sizin təxəyyülünüzdə qurulan süjet yazıda göstəriləndən daha ekzotik olur” deyə Monahen bildirir. Skott onu bəyənərək, “Cənnət krallığı” filmi üçün ssenari yazmağı təklif edib. Nəticədə “Tripoli” layihəsi təxirə salınır, ancaq Mohanen ssenari üzərində mülkiyyət hüququnu qoruyur. “Cənnət Krallığının” uğurundan sonra Monahen kifayət qədər tələb olunan Hollivud ssenaristinə çevrilir. Bredd Pittin prodüser şirkəti ona rejissor Endrü Launun “İkili rokirovka” adlı Honkonq filminin Hollivud adaptasiyasını yazmağı təklif edir. Monahen “İkili rokirovkanı” İrland-Amerika mafiyası ilə Boston polisləri arasında gedən “siçan-pişik” oyunu kimi təqdim edir. Martin Skorseze “Dönüklər” adı altında həmin filmi lentə alır. Baş rollara Cek Nikolson, Mett Deymon, Leonardo Dikaprio, Vera Farmiqa kimi məşhur ulduzlar çəkilib. Həmin əsər Monahenə ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında “Oskar” və “ABŞ Ssenaristləri Gildiyası"nın mükafatını qazandırır. Ən çox “Dönüklər” kriminal dramına yazdığı ssenari ilə məşhurlaşıb. Həmin film ona WGA və “Oskar” mükafatı qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%BD%D0%B0%D1%85%D0%B0%D0%BD,_%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç