Bleyk Layvli
Aktrisa
Bleyk Layvli 25 avqust 1987-ci ildə Los-Ancelesin Tarzan rayonunda anadan olub. Aktyor ailəsində dünyaya gələn aktrisa ailənin kiçik övladıdır. Bleykin aktyor sənətinə marağı birdən-birə yaranmayıb. İlk rolunu Kevin Kvapisin dörd yeniyetmə rəfiqədən bəhs edən “Talisman cinslər” macəra komediyasında oynayıb. 25 milyon dollarlıq film prokatdan 42 milyon dollar gəlir gətirib. 2006-cı ildə Stiv Pinkin “Bizi qəbul etdilər!” komediyasında və Uilyam Dirin “Saymon danışır” qorxu filmlərinə çəkilir. 2009-cu ildə Bleyk 11 sevgi almanaxından ibarət olan “Nyu-York, mən səni sevirəm” filmində çəkilir. Sonra Layvli Rebekka Millerin “Pippa Linin şəxsi həyatı” melodramında Pippia Lini oynayır. Növbəti il Layvli Ben Afflekin “Oğrular şəhəri” filminə dəvət alır. Filmdə Layvli yeni həyat axtaran narkoman rolunu oynayıb. Bleyk Layvli 9 sentyabr 2012-ci ildə aktyor Rayan Reynoldsla evlənib və cütlüyün iki qızı var. Bu ilin mayında baş tutan "Dedektiv Pikaçu" filminin premyerasında Laylvlinin üçüncü uşağa hamilə olduğu bəlli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Blake_Lively