Cud Lou

Cud Lou

Aktyor

BİOQRAFİYA

Cud Lou 29 dekabr 1972-ci ildə Londonda (İngiltərə) doğulub. O, ailənin ikinci uşağıdır. Anası Marqaret Anne və atası Peter Robert Lou məktəbdə müəllim işləyiblər. Nataşa adlı bir bacısı var. Cud adı ona “The Beatles” qrupunun “Hey, Jude” mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçirirlər. Ancaq Cud məktəbdə oxumaq yox, aktyor olmaq istəyirdi. Valideynləri də oğullarının bu seçimindən qətiyyən narazı deyildilər. Əksinə, onlar teatrı sevir və Cudun lap balacalıqdan səhnəyə can atmasını alqışlayır, onu ruhlandırırdılar. Gələcək aktyor ilk rolunu altı yaşında uşaq tamaşasında oynamış, 12 yaşında isə artıq Milli Musiqili Gənclər Teatrının üzvü olmuşdu. Aktrisa Seydi Frost ilə "Şoppinq" adlı filmdə tanış olan Cud 1997-ci il sentyabrın 2-də onunla ailə həyatı qurur, 2003-cü ildə isə ayrılırlar. Bu evlilikdən onun üç uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cud_Lou

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç