Scooby Doo’nun Animasiyası "Scoob"dan Treyler Yayımlandı!

14 Noyabr, 2019


Animasiya Scooby Doo filmi Scoobdan ilk treyler yayımlandı. Flintstones, Jetsons, Scooby Doo kimi animasiya proyektlərin yer alacağı Hanna-Barbera kainatının ilk filmi olan Scoob, 29 may 2020-ci ildə premyerası olacaq.

DC və Marvel’ın film dünyasındakı uğurunun ardından Universal, LegendaryWarner Bros. kimi studiyalar da öz kainatlarını qurmaq üçün hərəkətə keçmişdi. Universal, Dark Universe adında klassik canavarları bir araya gətirəcək bir film kainatını yaratmağa çalışıb uğursuz olarkən, Legendary de GodzillaKonq: Kəllə adası (Kong: Skull Island) kimi filmlərlə Monster Universe’i qurmağa başladı.

Картинки по запросу ‘Scoob!’ Trailer Reveals Scooby Doo and Shaggy’s Origin Story

Bu işlər ətrafında Warner Bros. da Daş DövrüFlintstones, JetgillerJetsons, Scooby Doo kimi uşaq olarkən sevərək izlədiyimiz proyektlərin bir arada yer alacağı Hanna-Barbera kainatı (Hanna-Barbera Universe) adlı bir kainat qurdu. Şirkətin, Hanna-Barbera markası adı altında həyata keçirdiyi ilk proyekt isə Scooby Doo’nun hekayəsini animasiya olaraq izləyəcəyimiz Scoob filmi oldu. Scoob, 29 may 2020-ci ildə premyerası planlaşdırılır.

Animasiya Scooby Doo filmi, aralarında ShaggyScooby Doo’nun da olduğu Mystery Inc. komandasının, dünyayı Dick Dastardly və onun pis planlarından qurtarmaq üçün Hanna-Barbera kainatının digər qəhrəmanlarla güclərini birləştirməsini mövzu götürür.



Kris Kolambusun (Chris Columbus) proyektləri arasında yer aldığı filmin səsləndirmə heyətində isə Frenk Uelker (Frank Welker), Scooby Doo xarakteriylə roluna geri qayıdır. Scooby Doo’nun həm canlı kəskin filmlərində, həm də cizgi film və dizilərində Shaggy xarakterini səsləndirən Mettyu Lillard (Matthew Lillard), bu filmin səsləndirmə heyətində yer almır. Lillard’ın yerinə The Last Man on Earth serialı ilə tanınan Will Forte, Shaggy xarakterinə səsi ilə həyat verir. Mark Uolberq (Mark Wahlberg), Zak Efron (Zac Efron), Amanda Seyfrid (Amanda Seyfried), Ceyson Ayzeks (Jason Isaacs), Gina Rodriguez kimi adlarla filmin səsləndirmə heyətində yer alır. Tony Cervone‘nin rejissorluğunu üstləndiyi film, 29 may 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər