Zak Efron

Zak Efron

Aktyor

BİOQRAFİYA
Zak Efron 18 oktyabr 1987-ci ildə Kaliforniya ştatında (ABŞ) doğulub. ABŞ aktyoru və müğənnisidir. Atası Devid Efron elektrik stansiyasında elektrik mühəndisi, anası Starla Baskett isə həmin stansiyada katibə işləyib. Efronun özündən kiçik bir qardaşı var. Dediyinə görə, orta təbəqə bir ailədə uşaqlığını normal keçirib. Aqnostikdir və heç vaxt dindar olmayıb. Soyadı (Efron) yəhudi dilində “torağay” anlamını verir (Ata tərəfdən babası yəhudidir). Efron əgər məktəbdə qiymət olaraq "A" yerinə "B" alardısa, "dəli ola biləcəyini" deyir və dediyinə görə, ona "sinifin təlxəyi" deyərmişlər. Efron 11 yaşında olanda atası onu aktyorluğa yönləndirib və sonralar oxuduğu liseyin teatr səhnəsində yer alıb. Daha sonra "The Great American Melodrama and Vaudeville" teatrında işləyib və müğənnilik, musiqi təhsili almağa başlayıb. “Gypsy”, “Peter Pan; or”, “The Boy Who Wouldn't Grow Up”, “Little Shop of Horrors” və “The Music Man” kimi teatr tamaşalarında çıxış edib. Efron daha sonra "Creative Artists Agency" ilə müqavilə imzalayıb. Onun Los-Ancelesdə mənzili var. Efron "Forbes"in "Celebrity 100" siyahısında 2007-2008-ci illər arasında təxminən 5.8 milyon dollarlıq qazancla 92-ci yerin sahibi olub. 2009-cu ilin 5 aprel tarixindən etibarən sərvəti 10 milyona çatıb. 2013-cü ildə alkoqoldan müalicə alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Zak_Efron

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç