Frenk Uelker
Aktyor
Frenk Uelker 12 mart 1946-cı ildə ABŞ-ın Denver şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Kaliforniya ştatına köçüb. Orada Santa Monika kollecinə daxil olub. İlk səhnə uğurunu da elə orada qazanıb. “Oz diyarının sehrbazı” tamaşasında qorxaq şir personajını canlandırıb. İlk dəfə səsi “Friskies” it yeminin reklam çarxında eşidilib. Reklamın prodüseri işləyən qızdan Hanna-Barber studiyasında “Skubi-Du” cizgi serialının çəkilişləri üçün kastinqin başladığını xəbər tutur. Dinləmədən uğurla keçən Uelker “Skubi-Du” animasiyasının irsində öz layiqli yerini tutub və 10 ildən çox müddətə Skubi-Du və Fred Cons personajlarını səsləndirib. Bundan başqa, Hollivud filmlərində, müxtəlif heyvanların, qremlinlərin, dinozavrların və digər məxluqların səslərini çıxarıb. Kinoda aktyor debütü (çəkilmək baxımından) 1972-ci ilə təsadüf edir. “Çirkin bəstəboy Billi” vesternində ikinci dərəcəli rola çəkilib. "The Guardian" qəzetinə görə, Hollivudun kölgədə qalan ən uğurlu aktyorudur. Ümumilikdə yüzlərlə filmin çəkilişləri və ya səsləndirilməsində iştirak edib. IMDB məlumat bazasına görə, aktyor olaraq aktivində 826 rol var. ABŞ teleməkanının ən məşhur cizgi seriallarının əksəriyyətində, o cümlədən “Skubi-Du”, “Sipmsonlar”, “Qriffinlər”, “Futurama” və sair cizgi filmlərində iştirak edib. Canlı personajlarla yanaşı, müxtəlif heyvan və sürrealistik məxluq səslərini çıxara bilir. Daha çox “Transformerlər” saqasının 3 epizodunda (2011, 2014, 2017) Meqatron, Qalvatron və Şokveyvi səsləndirən aktyor kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Frank_Welker