Mirren və Broadbent “The Duke” Üçün Bir Araya Gəlir!

01 Noyabr, 2019


2008-ci il istehsalı Inkheart filmində birlikdə çalışan Helen MirrenCim Brodbent (Jim Broadbent), Nottinq Hill (Notting Hill) və Enduring Love kimi proyektlərə imza atan Rocer Miçellin (Roger Michell) yeni filmi The Duke üçün yenidən bir araya gəlir.

Bir tərəfdə The Madness of King George, Gosford Park, The Last Station, Red filmləri ilə yaddaşlar həkk olunan və The Queen filmindəki performansıyla “Oskar” qazanan peşəkar aktyor Helen Mirren. Digər tərəfdə Iris filmiylə “Oskar” qazanan, Moulin Rouge!, "Nyu-York bandası" (Gangs of New York), The Young Victoria, Harry Potter and the Half-Blood Prince kimi proyektlərdə qarşımıza çıxan Cim Brodbent (Jim Broadbent).

Картинки по запросу Jim Broadbent, Helen Mirren

Daha əvvəl 2008-ci il istehsalı Inkheart filmində birlikdə işləyən bu iki peşəkar aktyor, The Duke filmi üçün yenidən bir araya gəlir. Filmin rejissorluğunu Nottinq Hill (Notting Hill), Enduring Love, My Cousin Rachel kimi proyektlərlə tanınan, son olaraq bu il 44-cü Toronto Film Festivalında premyerasını olan Blackbird filminə imza atan Rocer Miçell (Roger Michell üstlənir). Helen MirrenCim Brodbentli (Jim Broadbent) The Duke’un çəkilişləri 2020-ci ilin yanvarında başlayacaq.

Картинки по запросу Jim Broadbent, Helen Mirren

Yaşanmış bir hadisədən götürülən film, 1961-ci ildə Londondakı National Gallery’dən Goya’nın Wellington Dükü portretini oğurlayan 60 yaşındakı taksi sürücüsü Kempton Bunton’ın hekayəsini böyük ekrana gətirir. National Gallery’dəki ilk və tək oğurluq olaraq tarixdə qalan bu hadisədə Kempton Bunton, İngiltərə hökumətinin yaşlılar üçün təmannasız TV təmin etməyi qəbul etməsi şərti ilə rəsm əsərini geri verəcəyini deyən bir fidyə istəməsi ilə yaddaşlarda qalmışdı.

Hadisələri əyləncəli bir üslubla danışacaq filmdə Cim Brodbentli (Jim Broadbent) və Helen Mirren, evli bir cütlüyü canlandıracaq. Richard BeanClive Coleman‘ın ssenarisini qələmə aldığı filmin çəkilişləri 2020-ci ilin yanvarında başlayacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər