Rocer Miçell
Kinorejissor, teatr rejissoru
Rocer Miçell 5 iyun 1956-cı ildə Pretoriyada (Cənubi Afrika Respublikası) anadan olub. Rejissorun atası diplomat olduğu üçün uşaqlığının çox hissəsi Beyrut (Livan), Dəməşq (Suriya) və Praqada (Çexiya) keçib. Rocer Miçell 1977-ci ildə Kembric universitetindən məzun olub. 1977-ci ildə Kembrici bitirdikdən sonra Miçell Londona köçür və "Royal Court" teatrında təhsil alır. Daha sonra ingilis dramaturq Con Osborn və irlandiyalı dramaturq Semüel Bekkettin köməkçisi işləyir. Həmin dövrdə o, prodüser Denni Boylla işləyir və bununla da uğurlu rejissorluq karyerasına start verir. 1992-ci ildə Miçell ilk dəfə "Laqos bizness rayonu" mini-serialının telerejissoru olur. 1997-ci ildə isə "Reqlə gecəm" filmi ilə rejissor kimi debüt edir. Rejissor 1992-ci ildə aktrisa Keyt Bafferi ilə evlənib, 2002-ci ildə boşanıblar. Onların iki uşağı var: qızı, aktrisa Rozi və oğlu Henri. Daha sonra Miçell özündən 21 yaş kiçik, məşhur aktrisa Anna Maksvell Martinlə vətəndaş nikahında yaşayıb. Ondan da iki qızı var: Nensi və Meqqi.
Ətraflı məlumat üçün linkə basın:
https://en.wikipedia.org/wiki/Roger_Michell