Helen Mirren

Helen Mirren

Aktrisa

BİOQRAFİYA

Helen Mirren 26 iyul 1945-ci ildə Londonda (İngiltərə) anadan olub. Əsl adı Yelena Lidiya Vasilyevna Mironovadır. Atası və babası rus olub. Helen üçün yaradıcılıq yolu Old Uikdə başlayır, 1960-cı illərin sonlarında Kral Şekspir Teatrının tamaşalarında aldığı rollarla məşhurlaşır. 1979-cu ildə “Kaliqula”, 1989-cu ildə “Aşpaz, oğru, arvadı və sevgilisi” filmlərində rol alıb. 1984-cü ildə baş rolunu canlandırdığı “Terrorçunun gündəliyi” dramına görə Kann festivalında "Ən yaxşı qadın aktrisa" kimi mükafatlandırılır. Helen digər klassik ingilis aktrisalarından daha çox açıq-saçıq səhnələrə çəkilirdi və tənqidçilər onu ziyalılar üçün seks-simvol adlandırırdılar. 1984-cü ildə Artur Klarkın “Kosmik Odissey 2010” elmi-fantastik əsəri əsasında çəkilmiş eyniadlı filmdə Sovet kosmik gəmisi “Leonov”un kapitanı rolunu canlandırır. 2012-ci ildə Helen Avropa Kino Akademiyası tərəfindən "Dünya kinosuna verdiyi töhfələrə görə" mükafatlandırılır. 2013-cü ilin yanvarında Hollivud “Şöhrət Xiyabanı”nda onun şərəfinə "Ulduz" qoyulub. 2013-cu ildə Britaniyanın ən sanballı teatr mükafatı sayılan “Lourens Olivie”yə layiq görülüb. Helen Mirren 1997-ci ildə amerikalı rejissor Teylor Hekfordla evlənib. Cütlüyün övladı yoxdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Helen_Mirren

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç