Reyçel Vays Elizabeth Taylor’ın Həyatını Canlandıracaq!

31 Oktyabr, 2019

Reyçel Vays (Rachel Weisz), “Oskar” mükafatlı ssenarist Saymon Bofoyun (Simon Beaufoy) qələmə aldığı A Special Relationship’də Hollivudun ikonik simalarından Elizabeth Taylor’a həyat verəcək.

Cleopatra, Cat on a Hot Tin Roof, Who’s Afraid of Virginia Woolf? kimi filmlərdəki unudulmaz performanslarıyla yadda qalan, Hollivudun ikonik simalarından Elizabeth Taylor‘un həyatı böyük ekrana gətirilir. Daha əvvəl Helena Bonham-Carter, Lindsi Lohan (Lindsay Lohan), Sherilyn Fenn kimi adların həyat verdiyi Taylor’ı bu dəfə keçən il "Favori" (The Favourite) ilə böyük uğur qazanan “Oskar” mükafatlı aktrisa Reyçel Vays (Rachel Weisz) canlandıracaq.

Картинки по запросу Rachel Weisz To Play Elizabeth Taylor In ‘A Special Relationship’

"Xarabalıqdan Çıxmış Milyonçu"nun (Slumdog Millionaire) “Oskar” mükafatlı ssenaristi Saymon Bofoyun (Simon Beaufoy) ssenarisini qələmə alacağı Elizabeth Taylor bioqrafiyasını Bert & Bertie rejissoru olaraq davam etdirəcək. İkili, bu il Troop Zero ilə Sundance Film Festivalında adlarından söz etdirməyi bacardı. A Special Relationship, Elizabeth Taylor’ın fəal olmaq üçün necə cəhd göstərdiyindən bəhs edəcək.

Картинки по запросу Rachel Weisz To Play Elizabeth Taylor In ‘A Special Relationship’

A Special Relationship adını daşıyan film, Elizabeth Taylor’ın həyatını onun assistenti olan Roger Wall’un gözündən danışacaq və Amerikanın mühafizəkarlığı ilə bilinən cənub bölgəsində böyüyən homoseksual olan Wall ilə qurduğu dostluğun Taylor’ı aktrisadan necə fəala çevirdiyini danışacaq.

Saymon Bofoyun (Simon Beaufoy), 1980-ci illərdə yaşanan AIDS böhranına qarşı səsini yüksəldən ilk Hollivud ulduzlarından biri olan Elizabeth Taylor’ın aktivist tərəfini önə çıxarmaq üçün Taylor’a yaxın olan adlarla edilən reportajların səsyazmalarından istifadə etdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər