"Venom 2"də Rol Alması Üçün Naomi Harris ilə Görüşülür!

25 Oktyabr, 2019


Endi Serkisin (Andy Serkis) rejissoru olacağı, Tom Hardili (Tom Hardy) Venom 2’də rol alması üçün Naomi Harris (Naomie Harris) ilə görüşülür. Razılaşma əldə edilərsə Harris, Venom komiksinin mənfi xarakterlərindən Shriek’i canlandıracaq.

"Hörümçək adam" (Spider-Man) komikslərinin film haqlarını əlində saxlayan Sony’nin bu komikslərdəki xarakterlərə hədəflənən yeni bir film kainatı qurma planı çərçivəsində çəkdiyi Venom  filminin 2018-ci ildə premyerası oldu. Peşəkar aktyor Tom Hardinin (Tom Hardy) baş rolunu üstləndiyi film tənqidçiləri tərəfindən tənqid olunan, amma buna rəğmən kassada olduqca uğurlu bir performans sərgilədi. Venom dünya miqyasında 856 milyon dollar kassa hasilatına çatan kimi davam filmi də qaçınılmaz oldu.

Картинки по запросу ‘Venom 2’: Naomie Harris in Talks to Play Villain Shriek

Son illərdəki ən pis komiks adaptasiyalarından biri olan Venom’un davam filmi üçün həyəcanlanmaq çətin olsa da Sony’nin proyekt üçün bir araya gətirdiyi adlar proyekt üçün biraz olsun umutlanmamağı təmin edir. Tom Hardinin (Tom Hardy) Eddie Brock rolunda geri qayıdacağı davam filminin rejissorluğu üçün daha əvvəl "Nəfəs Al" (Breathe) və Mauqilinin (Mowgli) rejissor kürsüsünə oturan Endi Serkis (Andy Serkis) ilə razılaşan Sony, filmin aktyor heyətini də yavaş-yavaş formalaşdırmağa başlayır. Ötən günlərdə ilk filmin sonunda qısaca görünən Vudi Harrelsonun (Woody Harrelson) Carnage rolu ilə geri qayıdacağı açıqlanarkən, indi də Venom komikslərindəki bir digər mənfi xarakter olan Shriek’i canlandırması üçün Naomi Harris (Naomie Harris) ilə görüşüldüyü ortaya çıxdı. Komikslərdə Carnage ilə birlikdə olan Shriek, səsi kontrol edə bilmə istedadına sahip olan, olduqca təhlükəli bir cinayətkardır.

Похожее изображение

Venom 2’nin 2 oktyabr 2020-ci ildə premyerası olması planlaşdırılır. 2017-ci ildə Moonlight ilə Ən Yaxşı İkincidərəcəli Qadın Aktrisa nominasiyasında “Oskar” namizədliyi qazanan Harris, eyni zamanda Deniel Kreyqli (Daniel Craig) James Bond filmlərində Moneypenny’e həyat verən ad olaraq da adını eşitdirməyi bacarmışdı. İlk filmində ssenaristi olan Kelli Marselin (Kelly Marcel) ssenarisini qələmə aldığı Venom 2’nin 2 oktyabr 2020-ci ildə premyerası olması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər