Vin Dizelin Oynadığı "Bloodshot" Filmindən İlk Treyler Yayımlandı!

23 Oktyabr, 2019


Valiant Comics’in eyniadlı komiks seriyasından adaptasiya olunan, baş rolunu Vin Dizelin (Vin Diesel) üstləndiyi Bloodshot filmindən ilk treyler yayımlandı. Son illərdə Fast & Furious seriyası və Marvel film kainatındakı Groot rolu ilə adını eşitdirən Vin Dizel (Vin Diesel), baş rolunu üstləndiyi kəskin janrlı seriyalarına bir yenisini daha əlavə etməyə hazırlaşır. Fast & Furious’dan əlavə Riddick və xXx kimi seriyaların da üzü olan Dizelin baş rolunu üstləndiyi Bloodshot, gələn il filmsevərlərin ixtiyarına veriləcək. Valiant Comics’in eyniadlı komiks seriyasından adaptasiya olunan film, uğurlu olması halında sadəcə yeni bir film seriyasının deyil, yeni bir film dünyasını yarada bilər.

Marvel və DC oxşar bir film kainatı qurmak istəyən Sony, 2015-ci ildə Valient Comics ilə beş filmlik bir razılaşma imzalamış və bu razılaşmayla Valiant film kainatı üçün ilk addımı atmışdı. Vin Dizelin (Vin Diesel) baş rolunu üstləndiyi Bloodshot filmiylə başlayacaq bu film kainatının Harbinger komiksindəki xarakterlərin filmləri ilə davam etməsi gözlənilirdi. Ancaq Sony’nin keçən il Harbinger’in haqlarını Paramount’a satması studiyanın film kainatı fikrini hələlik təxirə sala biləcəyini göstərdi. Valiant film kainatı fikrindən niyə vaz keçildiyi açıqlanmamış olsa da, Sony’nin VenomMorbius kimi "Hörümçək adam" (Spider-Man) komikslərindəki xarakterlərə hədəflənən bir film kainatı qurmağa başlamasının Valiant ilə bağlı planların təxirə salınmasına səbəb olduğu təxmin edilir.

Картинки по запросу 'Bloodshot' trailer: Vin Diesel's got a new comic book franchise

Valiant film kainatının həyata keçib keçməyəcəyindən asılı olmayaraq yeni bir film seriyasına başlaya biləcək olan Bloodshot filminin rejissor kürsüsündə Dave Wilson oturur. Bloodshot ilə ilk uzunmetrajlısına imza atan Wilson, daha əvvəl The DivisionMass Effect 2 kimi video oyunlarının film üçün treylerinin hazırlamış, eyni zamanda Love, Death & Robots serialının ən bəyənilən seriyalarından biri olan Sonnie’s Edge’in rejissoru olmuşdu.



Ssenarisini Erik Haysserer (Eric Heisserer) (Arrival, Bird Box) və Jeff Wadlow (Kick-Ass 2, Truth or Dare)’un qələmə aldığı Bloodshot, keçmiş əsgər olan Ray Garrison’ın hekayəsini danışır. Həyat yoldaşı ilə birlikdə öldürüldükdən sonra sirli bir təşkilatdakı alimlər tərəfindən həyata qaytarılan Ray, nanotexnologiya sayəsində davamlı olaraq özünü sağalda bilən bir ölüm maşını halına gəlir. Keçmişini xatırlamaqda çətinlik çəkən Ray, xatırladığı bir neçə xatirədən yola çıxaraq həyat yoldaşını öldürənlərin izinə düşür. Ancaq bir müddət sonra bu xatirələrin gerçəkliyini sorğulamağa başlaması təhlükəli bir sui-qəsdi üzə çıxarır.

Filmin aktyor heyətində Vin Dizellə (Vin Diesel) yanaşı Qay Pirs (Guy Pearce), Sem Hyuen (Sam Heughan), Eiza González, Tobi Kebbell (Toby Kebbell), Lamorne Morris, Talula Rayli (Talulah Riley) və Youhannes Youhannesson (Jóhannes Haukur Jóhannesson) iştirak edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər